Məhkəmə qərarları › İş №3(125)-490/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-490/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-490/2022 29.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X6, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və Quliyeva (Cəfərova) Aytən Nəvai qızının iştirakları ilə, Şəxs və Quliyeva (Cəfərova) Aytən Nəvai qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələrinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs və Quliyeva (Cəfərova) Aytən Nəvai qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələrinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhəri Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(043)-3875/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və Quliyeva (Cəfərova) Aytən Nəvai qızından müştərək qaydada 25320 manat məbləğində pul vəsaiti və 165 manat dövlət rüsumu tutularaq, tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmiş, xəbərdarlıq məktubu və eletron icra sistemi vasitəsi ilə SMS bildiriş göndərilmiş, həmçinin borcluların Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə təqdimat verilmiş və Gəncə Şəhər Məhkəməsinin 8(125)-32/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclular Şəxs və Quliyeva (Cəfərova) Aytən Nəvai qızınının Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmış və həmin qərardad icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə göndərilmişdir. Hal-hazırda borcluların icra sənədi üzrə 24.000 manat borcu vardır. Bundan əlavə tələbkar Zərərçəkmiş şəxs Oktay qızı xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək, borcun ona hissə-hissə ödənilməsi ilə razı olmadığını və birdəfəlik ödənilməsini istədiyini bildirmiş, borclular barəsində məhkəməyə inzibati protokol verilməsini xahiş etmişdir. Əlavə olaraq bildiririk ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)- 166/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borcluların ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Belə ki, borclular borclular Şəxs və Quliyeva (Cəfərova) Aytən Nəvai qızı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədinin icrasından dolayı yolla boyun qaçırmaqda təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X9 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclulara tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, borcun ödənilməsi tələb edilmiş, icra sənədində göstərilən borcun ödənilməsi borclunun gəlirlərinə yönəldilsə də, lakin borc tam şəkildə ödənilməmişdir. Borcluların hər ikisinin əmək haqqının yarısına tutulma yönəldilməklə onların əmək haqqlarından bugünədək ümumilikdə 1485 manat pul tutulsa da, hazırda onların 24000 manat borcu mövcuddur. Borcluların əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onların barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, "xxxx" MMC-də traktorçu-maşinist vəzifəsində işləyir. Onun borcunu birdəfəlik ödəməyə imkanı olmasa da, hər ay aylıq gəlirindən 50 faiz həcmində pul tutulur. O, borcunu ödəməkdən yayınmır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Quliyeva (Cəfərova) Aytən Nəvai qızı izahatında bildirdi ki, o, “X15” MMC-də işləyir və aylıq 250 manat əmək haqqı alır. Onun borcunu birdəfəlik ödəməyə imkanı olmasa da, hər ay aylıq gəlirindən 50 faiz həcmində pul tutulur. O, borcunu ödəməkdən yayınmır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında bildirdi ki, borclular məhkəmə qərarının icrasından qəsdən yayınırlar. Odur ki, onların barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs və Quliyeva (Cəfərova) Aytən Nəvai qızının əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(044)-3875/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər Şəxs və X3 müştərək qaydada 3000 (üç min) manat məbləğində nağd pulun və qızıl-zinət əşyalarının dəyəri olan 22320 (iyirmi iki min üç yüz iyirmi) manatın, cəmi 25320 (iyirmi beş min üç yüz iyirmi) manatın və dövlət rüsumu kimi ödənilmiş 165 (yüz altmış beş) manat alınaraq, iddiaçı Zərərçəkmiş şəxs Oktay qızına verilməlir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 63-cü maddəsinə əsasən Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Həmin Qanuna əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz (65.1-ci maddə). Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır (65.2-ci maddə). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən borcluların adlarına tələbin yönəldiləbiləcəyi əmlakların olub-olmaması barədə sorğu verilmiş və onların adlarına tələbin yönəldiləbiləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, borclu Şəxs "xxxx" MMC-də işləməklə aylıq 450 manat əmək haqqı alır, borclu X7 isə “X15” MMC-də işləməklə aylıq 250 manat əmək haqqı alır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları ilə müəyyən olundu ki, hər ay icra sənədinin icrası ilə bağlı borclular Şəxs və X5 aylıq gəlirlərindən 50 faiz həcmində pul tutularaq tələbkar X2 verilir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs və Quliyeva (Cəfərova) Aytən Nəvai qızının əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onların inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs və Quliyeva (Cəfərova) Aytən Nəvai qızının əməlində inzibati xəta tərkibi olmadığından, onların barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs və Quliyeva (Cəfərova) Aytən Nəvai qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar