Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-499/2022 08.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional Bölməsinin nümayəndəsi X3, Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Abbas Səhhət adına Birləşmiş Xəstəxanasının nümayəndəsi X2 iştirakı ilə, Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Abbas Səhhət adına Birləşmiş Xəstəxanasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinə əsasən Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Abbas Səhhət adına Birləşmiş Xəstəxanası barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 29 avqust 2022-ci il tarixli MN №0004158 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Abbas Səhhət adına Birləşmiş Xəstəxanasında 25 avqust 2022-ci il tarixdə ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları ilə yerinə yetirilməsi aşkar edilmişdir. Nəticədə, Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Abbas Səhhət adına Birləşmiş Xəstəxanası tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional Bölməsinin nümayəndəsi X6 protokolu müdafiə edərək, Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Abbas Səhhət adına Birləşmiş Xəstəxanasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Abbas Səhhət adına Birləşmiş Xəstəxanasının nümayəndəsi X1 Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Abbas Səhhət adına Birləşmiş Xəstəxanası barəsində tərtib olunmuş 29 avqust 2022-ci il tarixli protokolla razı olduğunu bildirdi və hüquqi şəxsin barəsində inzibati tənbeh verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Abbas Səhhət adına Birləşmiş Xəstəxanası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarında olan 25 avqust 2022-ci il tarixli 03/2022 nömrəli “dövlət metroloji nəzarətinin aparılması haqqında” qərardan görünür ki, ünvan 1 ünvanda yerləşən Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Abbas Səhhət adına Birləşmiş Xəstəxanasında 25 avqust 2022-ci il-xx.xx.2022-ci il tarixlərdə ölçmələrin vəhdətinin təmin edilməsi məqsədilə yoxlamaların aparılması qərara alınmışdır. İş materiallarında olan 29 avqust 2022-ci il tarixli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional Bölməsi tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Abbas Səhhət adına Birləşmiş Xəstəxanasına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin yoxlamadan keçirilməmiş 120 (yüz iyirmi) sayda ölçmə vasitələrindən istifadə olunması müəyyən edilmişdir. Ölçmə vasitələrinin ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz saxlanması (və ya) ölçmə vasitələrinə müdaxilə edilməsi halları aşkar edilməmişdir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılması halları aşkar edilməmişdir. Belə ki, inzibati işə əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Atiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional Bölməsi tərəfindən ünvan 1 ünvanında yerləşən Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Abbas Səhhət adına Birləşmiş Xəstəxanasında xx.xx.2022-ci il tarixdə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları ilə yerinə yetirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” 13 iyun 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Ölçmələrin nəticələri Azərbaycan Respublikasında tətbiqinə icazə verilmiş kəmiyyət vahidləri ilə ifadə olunmalıdır. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısı, həmin ölçmələrə dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Abbas Səhhət adına Birləşmiş Xəstəxanasının əməlində yüngülləşdirici və ağırlaşdırıcı hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Abbas Səhhət adına Birləşmiş Xəstəxanasının hərəkətlərində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 538.1-ci maddəsinin tərkibi var və ona cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Abbas Səhhət adına Birləşmiş Xəstəxanası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-499/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-499/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver