Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-500/2022 13.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Səlahiyyətli orqanın nümayəndəsi X1, Şəxs MMC-nin nümayəndəsi AK Turanın iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti Gəncə regional X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti Gəncə regional X8 İdarəsindən Şəxs MMC-nin barəsində tərtib edilmiş 16 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında 16 avqust 2022-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMCnin mebel sexində xx.xx.2022-ci il tarixdə keçirilən X6 aparılması zamanı yanğın təhlükəsizliyi qaydalarının 1.9.12, 4.2, 6.1, 9.3, 2.2.10, 2.1, 5.2, 8.1, 10.4 və 3.19.3.1-ci bəndlərinin pozulması aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi X4 izahatında bildirdi ki, Gəncə Regional X8 İdarəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus mebel sexində plan üzrə yoxlama aparılmış, həmin əməkdaşlar tərəfindən yanğın-texniki müayinə keçirilmişdir. Müayinə zamanı bir neçə qanun pozuntuları aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. Yol verilmiş inzibati xəta hadisəsi protokollaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru AK Turan məhkəməyə etiraz ərizəsi təqdim edərək, izahatında bildirdi ki, bundan əvvəl Gəncə Regional X8 İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində İXM-in 518.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, həmin tarixdə ünvan 3 ünvanında yerləşən Şəxs MMC-nin mebel sexində 11,04.2022-ci il tarixdə keçirilən yanğıntexniki müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması aşkar edilmişdir. Bu səbəbdən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs MMC İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 350 manat məbləğində inzibati cərimə edilmişdir. Ulusoy Group MMC qərarda göstərilən müddət ərzində müvafiq hüquqpozmaları aradan qaldıraraq, mebel sexində müvafiq yanğın su çənləri quraşdırılmış, müvafiq ilkin yanğınsöndürmə balonları alınmış ərazinin bir neçə yerində yerləşdirilmiş, yanğına qarşı inventar vasitələri alınmış ərazidə yerləşdirilmişdir. Mebel sexində yanğın təhlükəli maddələr mövcud deyil, sexdə kraska işləri aparılmır, kraska anbarı yerləşmir, tikililər betondan ibarətdir. Demək olar ki, mebel sexində yanğın təhlükəsi sıfıra bərabərdir. Əvvəllər olmayan ilkin yanğına qarşı vasitələr isə alınaraq sexdə təchiz edilmişdir. Buna baxmayaraq, FHN-nin Gəncə regional DYNXnin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə təkrar olaraq mebel sexində plandan kənar yoxlama aparılmışdır. Yoxlama zamanı yoxlayıcı şəxs aradan qaldırılmış hüquqpozmaları nəzərə almadan həmin pozuntuların aradan qaldırılmamış kimi qeyd etmişdir. Bundan sonra Ulusoy Group MMC barəsində uyğun olmayan daha sərt maddə ilə İnzibati Xətalar Məcəlləsinin 518.3. maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. FHN-nin Gəncə Regional DYNX İXM-nin 518.3. maddəsi ilə protokol tərtib etməsi yanlışdır. X13 MMC-nin həmin ərazinin mülkiyyəçisi deyil, binaların və tikililərin tikintisi ilə məşğul olmamışdır. Ulusoy Group MMC həmin ərazini 2020-ci ildə X2 icarəyə götürmüşdür. Belə olan halda Ulusoy Group MMC barəsində İXM-nin 518.3. maddəsi ilə məsuliyyətə cəlb edilməsi yanlışdır. Odur ki, hüquqi şəxsin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X14 küçəsi, ev 72A ünvanında yerləşən əmlak kompleksi X3 xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2014-cü il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər 3 saylı notariat ofisində X5 (icarəyə verən) ilə Şəxs MMC adından Ak Turan (icarəçi) arasında xx.xx.2020-ci il tarixli xx.xx.2027-ci ilədək bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən icarəçiyə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət 1199 kv.m olan əmlak kompleksini icarəyə verir və icarəçi isə nəqliyyat vasitəsinin istifadəsinə görə aylıq 200 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında iş materialları ilə müəyyən olunur ki, Şəxs MMC-nin fəaliyyət göstərdiyi əmlak kompleksinin mülkiyyətçisi xx.xx.2014-cü il tarixdən X5 adlı şəxsdir. Şəxs MMC isə həmin əmlak kompleksində xx.xx.2020-ci il tarixdən etibarən icarə müqaviləsi əsasında fəaliyyət göstərir. Həmin əmlak kompleksinin tikintisi və ya istismara verilməsi Şəxs MMC tərəfindən həyata keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki, vəzifəli və ya hüquqi şəxslərin inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normanın dispozisiyasında göründüyü kimi, şəxs İXM-in 518.3-cü maddəsi ilə o vaxt inzibati məsuliyyətə cəlb edilə bilər ki, binanın və qurğunun tikintisi, yenidən qurulması, texniki cəhətdən dəyişdirilməsi və ya istismara verilməsi həmin şəxs tərəfindən həyata keçirilmiş olsun və bu zaman yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirməmiş olsun. Hazırki halda isə Şəxs MMC-nin fəaliyyət göstərdiyi əmlak kompleksi həmin hüquqi şəxs tərəfindən tikilməmiş, istismara verilməmiş, eləcə də hüquqi şəxs tərəfindən həmin əmlak kompleksində əsaslı təmir işləri və ya əlavə tikinti işlərinin aparılması müəyyən edilməmiş, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 3(044)-398/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs MMC Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə şərti olaraq 350 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın məzmununda göstərilir ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-nin mebel sexində aparılmış yoxlama zamanı “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.9.12, 4.2, 6.1, 9.3, 2.2.10, 2.1, 5.2, 8.1, 10.4 və 3.19.3.1-ci bəndlərində nəzərdə tutulmuş tələblərin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Hazırki material üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli yanğın texniki müayinə aktında da Şəxs MMC tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.9.12, 4.2, 6.1, 9.3, 2.2.10, 2.1, 5.2, 8.1, 10.4 və 3.19.3.1-ci bəndlərində nəzərdə tutulmuş tələblərin yerinə yetirilmədiyi göstərilmişdir. Göründüyü kimi, Şəxs MMC daha əvvəl eyni pozuntulara görə İXM-in 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. İXM-in 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, Şəxs MMC inzibati qaydada tənbeh edilməsinə baxmayaraq, mövcud pozuntuları aradan qaldırmadan fəaliyyətini davam etdirərsə, bu halda o, İXM-in 518.3-cü maddəsi ilə deyil, yenidən İXM-in 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilər. Çünki, yuxarıda qeyd edildiyi kimi Şəxs MMC icarə əsasında fəaliyyət göstərdiyi əmlak kompleksinin tikintisini, yenidən qurulmasını və ya istismara verilməsini həyata keçirmədiyindən, onun İXM-in 518.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC–nin əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC-nin barəsində 16 avqust 2022-ci il tarixli MN ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(125)-500/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-500/2022
13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver