Məhkəmə qərarları › İş №3(125)-502/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-502/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-502/2023 15.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs icra məmuru X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Daşkəsən rayonu Qaraqollar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Daşkəsən rayonu, Qaraqollar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Daşkəsən Rayon Məhkəməsi tərəfindən verilmiş 2(030)-117/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra vərəqinə əsasən 105.000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş vaxtında Azərbaycan manatına olan məzənnəsi ilə, habelə ödənimiş dövlət rüsumunun əvəzinə 20 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməldir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, lakin borclu izahatında məhkəmə qərarı üzrə olan tələbi tam təmin edə bilməyəcəyini bildirmişdir və borcundan heç bir ödəniş etməmişdir. Eyni zamanda borclu Şəxs uzun müddətdir ki, məhkəmə qərarının icrasından yayınmaq məqsədi ilə adına olan qeyri-yaşayış sahəsinin satılmasına dolayı yollarla maneçilik törətmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununlada borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 izahatında bildirdi ki, məhkəmə qərarı uzun müddətdir icra olunmadan qalır. İş icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlmaq haqqında qərar qəbul etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, lakin borclu 2011-ci ildən bugunədək heç bir ödəniş etməmişdir. X1 əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolun təmin edilməsini və şəxsin barəsində qanuni tədbir görülməsini xahiş edirəm. Verilmiş suallara cavab olaraq bildirdi ki, borclunun adına mülkiyyəti vardır, lakin həmin mülkiyyət məhkəmə qərarı ilə 3/2 hissəsi yoldaşına, 3/1 hissəsi isə borclunun mülkiyyətinə verilmişdir. Borclu və keçmiş yoldaşı DƏMDX-də dövlət rüsumunu ödəmədiklərinə görə çıxarış alınmamışdır. Çıxarış alınmadığına görə də həmin əmlakın satılması mümkün olmamışdır. Əvvəllər əmlak 250.000 manat qiymətləndirilmiş, sonrada borclu narazı qalaraq həmin qiyməti mübahisləndirmiş, daha sonra 850.000 manat qiymətləndirilmiş, borclu həmin qiymətlə də razılaşamayaraq yenidən şikayətlər verilmiş və 12 ildir ki, məhkəmə prosesləri gedir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcluya başqa torpaq sahəsi və ferma təklif etmiş, lakin borclu razıaşmamışdır. Borcunu ödəmək istəyir lakin, əmlak satılması ilə bağlı mübahisələr olduğuna görə ödəyə bilmir. Borcunu ödəmək niyyətindədir. Gözləri yaxşı görmür. Sağlığında problemləri var. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 12 ildir borcu ödəməmə səbəbi bir dəfəlik ödəmə imkanının olmamasıdır, zərərçəkmiş şəxs borcun bir dəfəlik ödənilməsini istəyir, hissə-hissə ödənilməsinə razı deyil. Əmlakın satılmasını o da istəmiş, lakin əmlakın qiyməti onu qane etmədiyinə görə mübahisələndirmişdir. Hal-hazırda da rüsumu ödəməyə maddi imkanı olmadığına görə evin öz payına düşən çıxarışını ala bilməmişdir. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsi tərəfindən verilmiş 2(030)- 117/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra vərəqinə əsasən 105.000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş vaxtında Azərbaycan manatına olan məzənnəsi ilə, habelə ödənimiş dövlət rüsumunun əvəzinə 20 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməldir İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Şəxs xx.xx.2022-ci ildə təqdim edilməklə, ona Daşkəsən Rayon Məhkəməsi tərəfindən verilmiş 2(030)-117/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra vərəqini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs yaşayış evinə baxış keçirilmiş lakin baxış zamanı tələbə yönəlidilə biləcək hər hansı əmlak aşkar edilməmişdir. İş materillarına əlavə edilmiş 28 yanvar 2022-ci il tarixli, 17 yanvar 2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, borcluya inzibati məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıqdar verilmiş və izahatları alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcu 12 ildir ki, ödəməmiş, həmin müddət ərzində heç bir ödəniş edilməmiş, adına olan əmlakın satılmasına suni maneələr yaradaraq 12 il müddətinə əsassız məhkəmə mübahisələri yaratmış, həmin müddət ərzində əmlakının 3/2 hissəsi yoldaşına verilmiş, daha sonra isə rüsumu ödəməyərək payların bölünməsi ilə bağlı çıxarış almayaraq əmlakın satılmasına suni maneələr yaratmışdır. Borclu borcuna laqeydlik göstərmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmış, bugünədək icra sənədi üzrə borcdan heç bir ödəniş etməmiş, üzürsüz səbəbdən məhkəmə qətnaməsini icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə sasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs anket məlumatlarından görünür ki, o xx.xx.1955-ci il təvllüdlü olmaqla 68 yaşındadır. Ona görə də onun barəsində inzibati həbs tətbiq edilə bilməz Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar