Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-504/2022 14.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, Avtozavod qəsəbəsində yeni tikilidə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 08:50 radələrində Şəxs ayıq vəziyyətdə, sürücülük hüququ olmaqla yol vərəqəsi əsasında idarə etdiyi “İsuzu Bogdan” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı sərnişin avtomobil ilə Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən “əllər” dairəsində hərəkətdə olarkən idarə etdiyi avtomobil ilə “Yol ver” nişanının tələblərini pozmuş və baş yolda hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə çıxaraq həmin avtomobil ilə toqquşmuş, nəticədə “VAZ 2106” minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 və sərnişinləri X2, Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almalarına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci ildə yol vərəqəsi əsasında idarə etdiyi “İsuzu Boğdan” minik markalı avtomobili idarə edən zaman Gəncə şəhəri Avtozavod yolundan gələrək Əllərin dairəsi adlanan ərazidə dayanmış və dairəyə daxil olmaq istəmiş, bu zaman isə avtomobillərin gəlib ötməsini gözləmişdir. Həmin an onun sol istiqamətində 17 saylı şəhər avtobusu dayandığından sol tərəfində dairəni dönüb hərəkət yoluna daxil olan “VAZ 2106” minik markalı avtomobili görə bilməmiş və nəticədə avtobusu hərəkət etdirərək həmin avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Onun idarə etdiyi avtomobil yolun hərəkət hissəsində dayanmışdır. Sonra o avtomobildən yerə düşmüş, həmin vaxt hadisə yerinə tanımadığı şəxslər toplaşmış, sonra hadisə yerinə polis əməkdaşları gələrək, hadisə yerini müayinə etmiş, sonradan isə “VAZ 2106” minik markalı avtomobildə olan sərnişinlər xəsarət aldığından onu BPİ-nə dəvət etmişdirlər. Hadisə onun ehtiyyatsızlığı səbəbindən baş vermişdir. O, “VAZ 2106” markalı avtomobili təxminən 1-2 metr məsafədən görmüş, təhlükə onun üçün həmin anda yaranmış, hadisədən yayınmaq üçün əyləci sıxsa da hadisənin qarşısını ala bilməmişdir. Əməlindən peşmandır. Barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi “VAZ 2106” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə “Əllərin” dairəsi adlanan ərazidə dairədən dönüb, Gəncə şəhər Avtovağzal kompleksinə doğru gedərkən, təxminən saat 08:50 radələrində 20-30 km/saat sürətlə hərəkət yoluna düzələrkən sağ tərəfindən sərnişin avtobusu ani olaraq hərəkətini davam etdirmiş və nəticədə onun avtomobilinin sağ hissəsi ilə toqquşmuşdur. Hadisə yerinə DYPŞ əməkdaşları gələrək hadisə yerinə müayinə etmişlər. Hadisə baş verən zaman idarə etdiyi avtomobildə özündən başqa qızı Turan və həyat yoldaşı Nailə olmuşdur. Onların hər biri yüngül bədən xəsarətləri almışlar. Hazırda Şəxs şikayətçidirlər. Çünki, Şəxs hadisədən sonra onlarla ümumiyyətlə maraqlanmamış, onlara dəymiş zərəri ödəməmişdir. Onun avtomobil idarə edərkən diqqətsizliyi üç nəfər şəxsin xəsarət almasına səbəb olmuşdur. Odur ki, onun barəsində sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 digər Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu izahat verdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X9 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1307 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər –sağ bazu çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ əlin birinci barmağının əzilmiş yarası - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1308 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər — sağ bazu nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması- bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1217 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər— sağ alın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatları, ekspertiza rəyləri, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər şəxsin yüngül xəsarət almasını nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməli, İXM-in 152.1-ci maddəsinə əsasən inzibati tənbehin əvvəli sürücülük vəsiqəsinin ondan alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 04 (dörd) ay müddətinə məhdudlaşdırılsın. İnzibati tənbehin əvvəli sürücülük vəsiqəsinin Şəxs alındığı vaxtdan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-504/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-504/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver