Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-507/2022 08.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, Gəncə şəhər prokurorluğunun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Xanlar rayonu Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, Gəncə şəhər X6 İdarəsinin 25 nömrəli X3 rəis müavini vəzifəsində işləyən, Göygöl rayonu Üçtəpə kəndində yaşayan Şəxs barəsində Gəncə şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər prokurorluğu tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar toplanmış materiallarla ilə birlikdə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X2 bildirdi ki, Gəncə şəhər X6 İdarəsinin Nizami rayon Dövlət X3 böyük sürücüsü X4 22 aprel 2022-ci il tarixdə xidmətdə olan zaman xəsarət alması ilə bağlı Gəncə şəhər 1-ci X8 şəhər prokurorluğuna məlumat daxil olmuş və məlumat əsasında araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X4 yıxılaraq xəsarət alması 25 saylı Dövlət X3 rəis müavini tərəfindən “Kanalizasiya. Xarici şəbəkə və qurğuları”ın 6.5.2-ci bəndinin və “Nizami rayon DYMH-nin rəsi müavini vəzifə təlimatı”nın 45-ci bəndinin tələblərinin pozulması nəticəsində baş verdiyindən, X4 xx.xx.2022-ci il tarixdə yıxılaraq xəsarət alması faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs əməlində İXM-in 198.3-cü maddəsinin tərkibi olduğundan inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, 2012-ci ilin oktyabr ayından Gəncə şəhər X6 İdarəsində müxtəlif vəzifələrdə, 2019-cu ilin avqust ayından 25 nömrəli X3 rəsi müavini vəzifəsində çalışır. O, işə daxil olduğu vaxtdan həmin idarə ilə aralarında bağlanmış əmək müqaviləsi əsasında işləyir. Vəzifəsi vəzifə təlimatı əsasında ona həvalə edilmiş tapşırıqların icrasından ibarətdir. İşçilərin təhlükəsizlik və əməyin mühafizə qaydaları ilə tanış olmasına görə cavahdehlik onun üzərindədir. Hissədə sürücülərə və yanğınsöndürənlərə mütəmadi olaraq ildə bir dəfədən az olmayaraq təlimatlandırma həyata keçirilir, təlimatlandırma o xidmətdə olmadığı müddətdə hissə rəisi tərəfindən həyata keçirilir və müvafiq jurnallara imza çəkdirilir. 22 aprel 2022-ci il tarixdə nahar fasiləsində təxminən 14 radələrində hissənin dispetçeri ona zəng edərək Amil Hüseynovun yanğınsöndürmə avtomobilinə texniki qulluq zamanı yıxılaraq xəsarət almasını dedikdən sonra Amilin aparıldığı Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya getmişdir. Orada Amilin xidməti avtomobilin yağını dəyişərkən, öz ehtiyatsızlığından çuxura yıxılaraq topuğunun sındığı məlum olmuşdur. Məhkəmədən əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Gəncə şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas İlkin Şıxməmmədov tərəfindən qəbul edilmiş 22 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X4 22 aprel 2022-ci il tarixdə yıxılaraq xəsarət alması faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan 29 avqust 2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan 13 may 2022-ci il tarixli 812 nömrəli ekspert rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ qamış sümüyünün qapalı sınığı və daban sümüyünün sınığı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 22 aprel 2022-ci il tarixdə əmələ gələ bilər, hər biri ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan 16 avqust 2022-ci il tarixli 10/4168 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən 25 saylı Dövlət X3 həyətyanı sahəsində quraşdırılmış müayinə çalasının daxilində olan qurum sularının axıdılması üçün nəzərdə tutulmuş çuxurun üzərinin barmaqlıqla təchiz olunmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Kanalizasiya.Xarici şəbəkə və qurğular”ın 6.5.2-ci bəndinin və “Nizami rayon DYMH-nin rəsi müavininin vəzifə təlimatı”nın 45-ci bəndinin tələbləri pozulmuşdur. ünvan 1 ünvanında yerləşən 25 saylı Dövlət X3 həyətyanı sahəsində quraşdırılmış müayinə çalasının daxilində olan qurum sularının axıdılması üçün nəzərdə tutulmuş çuxurun üzərinin barmaqlıqla təchiz olunmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 45-ci bəndinin və “Kanalizasiya.Xarici şəbəkə və qurğular”ın 6.5.2-ci bəndinin tələbləri Nizami rayon DYMH-nin rəsi müavini tərəfindən pozulmuşdur. Hadisənin müayinə çalasının daxilində olan qurum sularının axıdılması üçün nəzərdə tutulmuş çuxurun üzərinin barmaqlıqla təchiz olunmaması nəticəsində baş verməsini nəzərə alaraq, zərərçəkmiş X7 tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. “Kanalizasiya.Xarici şəbəkə və qurğular”ın 6.5.2-ci bəndinin tələblərinin pozulması ilə baş vermiş hadisə arasında birbaşa səbəbli əlaqə olmuşdur. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilir. İXM-in 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hal müəyyən etmədi. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə cəza təyin olunmalıdır. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-507/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-507/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver