Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-53/2023 20.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, DİN xx.xx.2021-ci il tarixli EXP ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə və əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında DİN xx.xx.2021-ci il tarixli EXP ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərarından Gəncə Şəhər Məhkəməsinə şikayət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə şikayətə baxılarkən şikayətin aidiyyəti üzrə düzgün verildiyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. X1 şikayət etdiyi inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə edilməmişdir. Məhkəmə tərəfindən Gəncə ŞBPİ-nə sorğu edilərək həmin qərar tələb edilmiş, lakin müəyyən olunmuşdur ki, həmin qərar Bakı şəhər Nizami RPİ-nin 23-cü polis bölməsi tərəfindən qəbul edilmişdir. Bundan sonra Bakı şəhər Nizami RPİ-nin 23-cü polis bölməsindən həmin qərar sorğu edilmiş, lakin elektron formada tərtib olunduğundan göndərilməsinin mümkün olmadığı bildirilmişdir. xx.xx.2021-ci il tarixli EXP ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərar olmadığından inzibati xətanın törədildiyi yerin dəqiq olaraq hansı şəhərə və ya rayona aid olduğunu müəyyən etmək, buna görə də şikayətin aidiyyətini müəyyənləşdirmək və ya aidiyyəti üzrə göndərmək mümkün olmamışdır. Beləliklə qeyd olunanları nəzərə alaraq hesab məhkəmə edir ki, X1 şikayəti aidiyyəti üzrə düzgün verdiyini müəyyən etmə mümkün olmadığı üçün şikayət geri qaytarılmalı və ona xx.xx.2021-ci il tarixli EXP ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yeri müəyyənləşdirərək həmin yer üzrə məhkəməyə şikayət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: DİN xx.xx.2021-ci il tarixli EXP ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X2 xx.xx.2021-ci il tarixli EXP ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yeri müəyyənləşdirərək həmin yer üzrə məhkəməyə şikayət etmək hüququ izah edilsin. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-53/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-53/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver