Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-539/2022 05.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1, zərər çəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 02 radələrində X5 ilə aralarında olan münaqişə zamanı onu döymüş və onun avtomobilinə 15 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməllər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci və 232-1-ci maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona isnad olunan əməl üzrə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd olunan əməlləri törətməmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə Gülüstan qəsəbəsindən yaşadığı ünvana getmək üçün “Maxim” taksi şirkətinə zəng edərək, taksi sifariş vermişdir. Ona Opel markalı avtomobil təyin olunmuşdur. Bundan sonra o, qohumları Aidə adlı xanım və onun Dəniz adlı qızı ilə birlikdə avtomobilə əyləşərək yaşadıqları evə doğru hərəkət etmişlər. Yaşadığı ünvana çatdıqda o, sürücüdən gediş haqqını soruşmuş, bu zaman sürücü telefonda proqramın pozulduğunu və şirkətin gedişi ləğv etdiyini, bu səbəbdən gəldiyi yolun kilometrini 90 qəpikdən hesabladıqda, ona ümumi 6 manat gediş haqqı ödəməli olduğunu bildirmişdir. Bu zaman o şirkətə zəng etmiş və telefona cavab verən operator gedişin ləğv olunmadığını, gediş haqqının isə 4 manat 20 qəpik təşkil etdiyini bildirmişdir. Bunu sürücüyə bildirdikdə onlar arasında mübahisə yaranmışdır. Bundan sonra sürücü təhqiramiz ifadələr işləmişdir. Aralarında 2-3 dəqiqə müddətində mübahisə baş verdikdən sonra o evinə getmiş, sürücü də yoluna davam etmişdir. Hadisə zamanı onun əlində bıçaq olmamış, o nə sürücünün özünə nə də avtomobilinə zərər vurmamışdır. Odur ki, onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında bildirdi ki, o, istifadəsində olan “Opel” markalı avtomobil ilə “Maxim” taksi şirkətinə bağlı olaraq taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə aldığı sifariş üzrə Gülüstan qəsəbəsinə getmiş, bu zaman onun avtomobilinə 1 nəfər kişi, 1 nəfər xanım və 1 uşaq əyləşmişdir. Sifarişdə qeyd olunan ünvana çatdıqda sərnişin – Şəxs ondan gediş haqqını soruşmuş, o isə 5-6 manat tutduğunu bildirmişdir. Bu zaman həmin şəxs ilə gediş haqqının məbləği üstündə mübahisələri yaranmışdır. Bundan sonra Şəxs belinin sağ tərəfindən bıcaq çıxardaraq onun üzərinə hücum etmişdir. Bu zaman o, kənara çəkilmiş və bıçaq onun qolunu sıyırmışdır. Bundan sonra Şəxs onun avtomobilinin sağ yan şüşəsindəki dəyəri 15 manat olan “yağışlığı” vurub sındırmışdır. Törətdiyi əməllərə görə Şəxs bağışlamır və onunla barışmır. Odur ki, onun barəsində ən ağır tənbehin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin barəsində inzibati qaydada tədbir görülməsinin təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, yuxarıda qeyd olunan əməli törətmiş Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələrinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1322 saylı rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarət – sol said nahiyəsinin səthi kəsilmiş yarası – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixdə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 12:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun xx.xx.2022-ci il tarixdə zərər çəkmiş Şamin İmanova qarşı xəsarət yetirərək döyməsi və əmlakına zərər vurması və bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi zərər çəkmiş şəxsin izahatı ilə yanaşı, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli və ona İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 04 sentyabr 2022-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(125)-539/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-539/2022
05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver