Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-54/2023 27.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, X1, səlahiyyətli orqanın nümayəndəsi X2 iştirakı ilə, X3 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş AR ETSN-in 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN1289120 nömrəli inzibati tənbehə dair qərarın ləğv edilməsinə və barəsində olan inzibati tənbehə dair icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında şikayəti onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Samux rayonu ərazisində özünə məxsus qanuni sənədli 12 kalibr Huğlu markalı tək lüləli ov silahı ilə gəzərkən Samux RPŞ-nin əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə aparılmışdır. Həmin vaxtı onun əlində heç bir ov aşkarlanmadığı halda onun barəsində 1000 manat cərimə protokolu tərtib edilmişdir. O, ov etmək üçün icazə almış, sadəcə həmin icazə xx.xx.2022-ci il tarixə aid olmuş, o, isə icazənin 10 gün müddəti olduğunu düşünmüşdür. Sonda o, İİ qrup əlil olduğunu nəzərə alıb barəsində tərtib olunmuş qərarın ləğv olunmasını xahiş etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi X4 ifadəsində bildirmişdir ki, X5 lisenziyası olmadan ovçuluqla məşğul olmuş, onun barəsində polis tərəfindən protokol tərtib olunub AR ETSN-nin 10 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə göndərilmişdir. Qanunvericiliyə görə müvafiq lisenziya olmadan ov alətləri ilə ovçuluq təsərrüfatına daxil olma məsuliyyət yaradır. Bundan başqa İnqilab Məhərrəmova verilmiş ov icazəsi xx.xx.2022-ci il tarixə aid olmuş, ova isə xx.xx.2022-ci il tarixdə getmişdir. Sonda o, şikayətin rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN1289120 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 barəsində AR ETSN-nin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinə əsasən 1000 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Çünki məhkəməyə təqdim edilmiş sənədlərdən aydın görünür ki, İnqilab Məhərrəmovun ov icazəsi xx.xx.2022-ci il tarixə olmuş, lakin o, xx.xx.2022-ci il tarixdə ov etməyə gedərək icazəsi olmadan ov alətləri ilə ovçuluq təsərrüfatına daxil olmuş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Göründüyü kimi İnqilab Məhərrəmovun törətdiyi xətaya görə qanuni şəkildə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. Həmin Qanunun 14.4-cü maddəsinə əsasən ovçuya verilən ov etmək üçün icazədən yalnız özü istifadə edə bilər və icazə verildiyi müddət üçün etibarlıdır. Həmin Qanunun 20.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda qadağan edilir. Həmin Qanunun 28-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Ovçuluq təsərrüfatı haqqında” Əsasnamənin 4.2-ci bəndinə əsasən müvafiq icazə olmadan ovçuluq təsərrüfatlarının ərazisində ov etmək, balıq ovlamaq və bu əraziyə ov alətləri ilə gəlmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində ovçuluğun aparılması qaydalarının V bəndinə əsasən Azərbaycan Respublikası ərazisində ov edərkən ovçuluq bileti və ov etmək üçün icazə olmadan ov etmək qadağandır. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2022-ci il tarixli, MN1289120 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X5 barəsində xx.xx.2022-ci il tarixli, MN1289120 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-54/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-54/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver