Məhkəmə qərarları › İş №3(125)-545/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-545/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-545/2022 19.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 3-cü Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs qonşusu X1 evini daşlayaraq, evin tavanını əzmiş və həyətdə olan avtomobilin dam örtüyünü cızmış, nəticədə ona 200 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilən əməli törətməmişdir. Belə ki, zərərçəkmiş şəxslə qonşudurlar, lakin zərərçəkmişin evinini o, daşlamamışdır. Zərər çəkmiş şəxsin əlində bununla bağlı sübutlar yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahatında bildirdi ki, Şəxs onun qonşuluğunda yaşayır. Aralarında əvvəlcədən münasibətlər pis olduğundan bundan əvvəl də Şəxs onun evinə və həyətinə dəfələrlə daş atmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qonşusu Şəxs onun yaşadığı evə daşlar atmağa başlamış, bundan sonra o evin həyətinə çıxan zaman evinin tavanının və həyətdə olan ona məxsus avtomobilin dam örtüyünün əzildiyini görmüşdür. Bununla da Şəxs ona 200 manat maddi ziyan vurmuşdur. Bu barədə o, DİN 102 xidmətinə zəng edərək məlumat vermişdir. Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsində müraciəti ilə əlaqədar araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində inzibati xəta tərkibinin olması bildirilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Şəxs barəsində ağır inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs zərərçəkmiş şəxsin evinin pəncərəsini sındıraraq ona 200 manat dəyərində maddi ziyan vurduğundan, onun əməlində İXM-nin 232-1-ci maddəsinin tərkib əlaməti olduğundan qərarın surəti 3-cü Polis Şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-266/2022 saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli məbləğində - yəni 220 (iki yüz iyirmi) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş zərər çəkmiş şəxs tərəfindən təqdim edilmiş DVD diskdə olan videofayllardan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs yaşadığı həyətyanı sahədən zərər çəkmiş şəxsin yaşadığı evin damına bir neçə dəfə daş atılır və həmin daşlardan biri evin pəncərələrindən birini sındırır, biri isə həyətdə olan ağ rəngli avtomobilin damına düşərək zədələyir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsini, eyni xətanın bir il ərzində təkrar törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasının hədləri inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, vurulmuş ziyanın 1,5 (bir tam onda beş) misli miqdarında, yəni 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar