Məhkəmə qərarları › İş №3(125)-549/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-549/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-549/2022 20.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 02 sentyabr 2022-ci il tarixli 11000-2235/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında 02 sentyabr 2022-ci il tarixli 11000-2235/22 nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 31NEA12/31AHF542 xarici qeydiyyat nişanlı nəqliyyat vasitəsində gələn xx.xx.2022-ci il tarixdə “Mazımqara” gömrük postundan daxil olaraq təyinatı üzrə Qərb Ərazi Bas Gömrük İdarəsinə gəlmiş və xx.xx.2021-ci il tarixli **********8218 sorğu nömrəli Yük Gömrük bəyannaməsi üzrə bəyən edilmiş mallara Qərb Ərazi Bas Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin əməkdaşları tərəfindən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsinin və hal şahidlərinin iştirakı ilə Göygöl rayonu Quşqara kəndi ərazisində gömrük baxışı keçirilmişdir. Baxış zamanı **********8218 sorğu nömrəli GB-də bəyan edilən mallar, qara metallardan qeyri-elektrik qızdırma ilə mərkəzi isitmə üçün radiatorlar: Steel panel radiator- 22*500*1000-120 ədəd, Steel panel radiator- 22*500*1200-80 ədəd, Steel panel radiator- 22*500*1500-50 ədəd, Steel panel radiator-22*500*1600-10 ədəd, Steel panel radiator- 22*500*1800-10 ədəd. İstilik qazanları: 40 KW Condensinq qas boiler-5 ədəd, 26 KW Condensing gas boiler-3 ədəd, 30 KW Condensinq qas boiler-3 ədəd, 35 KW Condensing qas boiler-5 ədəd, 24 KW Condensinq qas boiler-10 ədəd, 28 KW Condensinq qas boiler- 10 ədəd, 32 KW Condensinq qas boiler-5 ədəd, Qara metallardan məmulatlar: Non condensinq qas boilerflue set-25 ədəd, Condensinq qas boilerflue set-16 ədəd olmuşdur, **********8218 sorğu nömrəli GB-də bəyan edilməyən mallar: 1 (bir) ədəd kombi ic qazanı, 1 (bir) ədəd kombinin qaz tənzimləyicisi, 2 (iki) ədəd kombinin sxeması, 2(iki) ədəd qaz nasosu kombi üçün, 3 (üç) ədəd tənzimləyicinin göstəricisi (datçik) aşkar edilərək saxlanılmışdır. Baxış başa çatdıqdan sonra protokol tərtib olunaraq, bəyan edilməmiş 1 ədəd kombi iç qazanı, 1 ədəd kombinin qaz tənzimləyicisi, 2 ədəd kombinin sxeması , 2 ədəd qaz nasosu kombi üçün, 3 ədəd tənzimləyicinin göstəricisi (datçik) mallar Qərb Ərazi Bas Gömrük İdarəsinin inzibati binasının həyətində yerləşən anbara aktla təhvil verilmişdir. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində xx.xx.2022-ci il tarixdə 11000-2235/22 saylı inzibati xəta haqqında is üzrə inzibati araşdırma başlanmışdır. İş üzrə xx.xx.2022-ci il tarixdə əmtəəşunaslıq ekspertizası təyin olunmuş, aşkar edilən 1 (bir) ədəd kombi iç qazanı, 1(bir) ədəd kombinin qaz tənzimləyicisi, 2 (iki) ədəd kombinin sxeması, 2(iki) ədəd qaz nasosu kombi üçün, 3 (üç) ədəd tənzimləyicinin göstəricisi (datçik) 2022-ci ilin 07 iyun tarixinə hər bir ədədinin və ümumilikdə orta bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli, 1600-013/0xx-xx/003633 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə müraciət olunmuşdur. Araşdırma ilə əlaqədar iş üzrə icraat müddətinin artırılması zərurəti yarandığı üçün Azərbaycan Respublikası İXM-nin 102.5-ci maddəsini rəhbər tutaraq 11000-2241/22 saylı inzibati xəta haqqında is üzrə inzibati araşdırmanın aparılması müddətinin «11» sentyabr 2022-ci il tarixinədək uzadılması barədə Qərb Ərazi Bas Gömrük İdarəsinin rəisinə vəsadətlə müraciət edilmiş və müvafiq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5426 nömrəli ekspert rəyinə əsasən təqdim edilən 1 (bir) ədəd kombi iç qazanı 200 manat, 1(bir) ədəd kombinin qaz tənzimləyicisi 100 manat, 1 (bir) ədəd kombinin sxeması 250 mamat, 2(iki) ədədinin birlikdə 500 manat, 1 (bir) ədəd qaz nasosu kombi üçün 80 manat, 2(iki) ədədinin birlikdə 160 manat, 1 (bir) ədəd Su tənzimləyicinin göstəricisi (datçik) 40 manat 3 (üç) ədədinin birlikdə 120 manat,olduğu müəyyən edilmişdir. Yuxarıda adları çəkilən 5 adda malların ümumi dəyəri xx.xx.2022-ci il tarixinə 1080 (min səksən) manat, müəyyən edilmişdir. Beləliklə qeyd edilən mallar Şəxs MMC tərəfindən bəyan edilmədiyi üçün, gömrük qaydaları pozulmuş və inzibati xətaya yol verilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxsnın nümayəndəsi X2 izahatında bildirdi ki, hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda qeyd edilənlərlə razıdır. Gömrük qaydalarını pozduqlarını etiraf edir və tətbiq ediləcək cəriməni ödəməyə razıdırlar. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 11000-2235/22 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 5 adda malların xx.xx.2022-ci il tarixə olan orta bazar topdan satış qiyməti təxminən 1080,00 manat müəyyən olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nümayəndəsinin etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində cərimə tətbiq edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, inzibati xətanın obyekti olan və Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasında saxlanılan 1 ədəd kombi iç qazanı, 1 ədəd kombinin qaz tənzimləyicisi, 2 ədəd kombinin sxeması , 2 ədəd qaz nasosu kombi üçün, 3 ədəd tənzimləyicinin göstəricisi (datçik) müvafiq gömrük rüsumu ödənildikdən sonra Şəxs MMC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində, yəni 432 (dörd yüz otuz iki) manat cərimə edilsin. İş üzrə maddi sübut olan və Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasında saxlanılan 1 ədəd kombi iç qazanı, 1 ədəd kombinin qaz tənzimləyicisi, 2 ədəd kombinin sxeması, 2 ədəd kombi üçün qaz nasosu, 3 ədəd tənzimləyicinin göstəricisi (datçik) müvafiq gömrük rüsumu ödənildikdən sonra Şəxsnə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar