Məhkəmə qərarları › İş №3(125)-552/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-552/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-552/2022 20.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, X7 küçəsi, döngə 6, ev 8 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19.40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən 172-ci kilometrliyində idarə etdiyi özünə məxsus «Kia Rio» markalı **-OP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Qazax istiqamətində yolun sağ hərəkət zolaqında 90 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci-hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib nəqliyyat vasitəsinin idarə olunma prosesinə daimi nəzarəti və avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin etməyərək diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmaqla sükan arxasında yuxulamış, avtomobili sola istiqamətlənərək beton arakəsməyə dəydikdən sonra sol hərəkət zolağına çıxmış, arxadan sol hərəkət zolağında hərəkətdə olan X2 110 km/saat sürətlə idarə etdiyi «X11 109» markalı vaqon tipli 7+1 yerli **-FO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol yan hissəsi ilə toqquşmuş, nəticədə sərnişini X1 qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət almasına, avtomobillərin zədələnməsi nəticəsində maddi ziyan vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-nin 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, 18 iyul 2022-ci il tarixdə Bakı şəhərindən Gəncə şəhərinə yola düşmüş, saat 19.40 radələrində Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Kia Rio» markalı **-OP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini quraqlıq və işıqlı hava şəraitində Qazax istiqamətində hərəkət hissəsində sağ zolaqla 90 km/saat sürətlə hərəkət olarkən sükan arxasında yuxuladığından avtomobili hərəkətdə olduğu sağ zolaqdan sağ təkərləri sağ ehtiyat hissəyə çıxmış, sükanı sola alaraq avtomobili hərəkətdə olduğu zolağa qaytarmaq istədikdə avtomobil sola istiqamətlənərək ayrıcı zolaqda olan beton arakəsməyə çırpılmış və idarəolunmaz vəziyyətdə sol hərəkət zolağına qayıtdıqdan sonra, sol hərəkət zolağında hərəkətdə olan Mercedes Vito markalı minik avtomabili ilə toqquşmuş, nəticədə sərnişinləri və özü xəsarət almışdır. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyini və onunla barışdığını bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 məhkəmə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ilə eyni məzmunlu izahat verdi. Əlavə olaraq bildirdi ki, hazırda Şəxs ona dəymiş ziyanı ödəmişdir, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X13 Şöbəsinə göndərilmişdir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 362 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alt çənənin, alt dodağın yarası, bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını və vurulmuş zərəri könüllü ödəyərək zərər çəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi kimi nəzərə alır (İXM 32.1.1 və 32.1.7). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. İXM-in 327.8-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar