Məhkəmə qərarları › İş №3(125)-556/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-556/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-556/2024 13.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 xx.xx.2023-cü il tarixli, TP 18421643 nömrəli X3 haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP 18421643 nömrəli X3 haqqında elektron qərarı ləğv edib, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətçi məhkəmədə ərizəsini onunla əsaslandırılmışdır ki, o, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin polis polkovnik-leytenantı cənab Elçin Xasiyevin xx.xx.2023-cü il tarixli, EQ 18421643 nömrəli X3 haqqında elektron qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati tənbehvermə haqqında qərarı əldə etdikdən sonra, qərardan Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsinə şikayət etmişdir. Onun şikayəti təmin edilmədiyindən, məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin polis polkovnikleytenantı cənab Elçin Xasiyevin xx.xx.2023-cü il tarixli, EQ 18421643 nömrəli X3 haqqında elektron qərarı tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Barəsində qəbul edilmiş elektron qərarda göstərilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Dədə Qorqud küçəsində 13:16 darələrində ona məxsus BMW markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolda müəyyən edilmiş hərəkət sürətini 44km/saat həddində aşmışdır. Buna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutlmuş “X3 Haqqında” xx.xx.2023-cü il tarixli, EQ 18421643 nömrəli elektron qərar qəbul edilmişdir. O, bu qərar ilə razılaşmır. Onun barəsində “X3 Haqqında” xx.xx.2023-cü il tarixli EQ 18421643 nömrəli elektron qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, sözügedən qərarda inzibati xətanın P122200394 nömrəli kamera vasitəsi ilə qeydə alındığı göstərilmişdir. Qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunmuş texniki vasitənin (kameranın) göstəriciləri və ölçmə vasitənin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt göstərilməmişdir. Bu isə onun deməyə əsas verir ki, barəsində qəbul edilmiş qərarın heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsində qeyd olunur ki, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd olunmalıdır. Hesab edir ki, həmin kameranın inzibati xəta hadisəsinin qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati protokolu tərtib etmiş Daxili İşlər Nazirliyinin Gəncə şəhər X5 Şöbəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 18421643 nömrəli X3 haqqında elektron qərarda qeyd olunmuşdur ki, X2 İXM-nin 328.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, şikayətçi X1 inzibati xəta törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Məhkəmə inzibati tənbehvermə haqqında qərarı nəzərdən keçirərək müəyyən etmişdir ki, xüsusi texniki vasitə ilə müəyyən edilmiş inzibati xəta pozuntusu barədə tərtib edilmiş Qərarda 3 fotoşəkil əks etdirilmişdir. Onlardan ikisində inzibati xəta pozuntusu haqqında məlumatlar əks etdirilmiş, birində isə əks etdirilməmişdir. İnzibati xəta pozuntusu haqqında məlumatlar əks etdirilmiş fotoşəkillərdə BMW markalı avtomobil deyil, tamam başqa avtomobil – Mercedes markalı minik avtomobili əks etdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP 18421643 saylı X3 haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X2 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP 18421643 nömrəli X3 haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar