Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-561/2023 06.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərov Firəngiz Elçin qızının katibliyi, Protokolu tərtib etmiş orqanın nümayəndəsi X2, Barəsində protokol tərtib edilmiş hüquqi şəxsin direktoru X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 544.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi X4 izahatında bildirdi ki, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC tərəfindən uyğunluq sertifikatlarının ləğv edilməsi barədə yazılı tələb yerinə yetirilməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs MMC barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X3 izahatında bildirdi ki, uyğunluq sertifkatları fəaliyyət sahəsinə uyğun tərtib edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmişdir. Lakin müddət gec olmuşdur. Odur ki, nəzərə alaraq proktolun təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətin tərəfindən Şəxs MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli 3-21-1/2-450/2023 nömrəli Göstərişdən görünür ki, Şəxs MMC tərəfindən qanunsuz tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AZ 031.xx.xx.03078.22 nömrəli; xx.xx.2022-ci il tarixli, AZ 031.xx.xx.03159.22 nömrəli; xx.xx.2022-ci tarixli AZ 031.xx.xx.02635.22 nömrəli; xx.xx.2022-ci il tarixli AZ 031.xx.xx.04128.22 nömrəli uyğunluq sertifikatlarının ləğv edilməsi və bu barədə göstərişin yerinə yetirilməsi barədə yazılı məlumatı 10 gün müddətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi tələb edilmişdir. İş materiallarında olan göndəriş qəbzindən görünür ki, qeyd edilən Göstəriş xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında Əliyeva tərəfindən təhvil alınmışdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 3(125)-860/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs MMC İXM-nin 538-1.2-ci maddəsi ilə təqsirli bilinmiş, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən akkreditasiya nişanı – uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunduğunu bəyan etmək məqsədi ilə istifadə etdiyi nişan; 1.0.9-cu maddəsinə əsasən sertifikatlaşdırma - uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-561/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-561/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver