Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-564/2022 19.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X31 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin müdafiəçisi X3 iştirakı ilə, X8 Azərbaycan Respublikası ƏƏSMN yanında X21 Xidməti Gəncə Regional Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X13 şikayətlə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası ƏƏSMN yanında X21 Xidməti Gəncə Regional Ərazi şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Gəncə regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli MN №1292552 saylı Qərar ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X13 AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozduğuna görə, 3500 manat cərimə edilmişdir. Qeyd olunan AR İXM 192.1-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzibati xətanın törədilməsi son zərurətdən irəli gəldiyindən və ən əsası törədildiyi vaxtan 3 ay keçdiyindən iş üzrə icraata xitam verilməli idi. Odur ki, qərar əsassız olduğuna görə məhkəmə qaydasında baxılmalı və şikayət təmin olunaraq iş üzrə tətbiq olunan AR İXMnin 192.1-cı maddəsi törədilməsindən nəzərdə tutulan müddət ötürüldüyündən qərarın ləğv edilərək icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, X2 şəhər prokurorluğuna müraciət edərək anası X4 X35 Mərkəzinin həkimləri tərəfindən düzgün müalicə olunmaması və həkim səhlənkarlığı nəticəsində ölməsi ilə bağlı ərizəsi əsasında qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. X5 qeyd edilən müraciəti əsasında araşdırma aparılmış və X35 Mərkəzinin həkimlərinin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması xx.xx.2022-ci il tarixli qərarla rədd edilmişdir. Aparılmış araşdırma zamanı X4 xəstəlik tarixçəsi tələb edilərək şəhər prokurorluğunda öyrənilmişdir. Tərəfindən xəstəlik tarixçəsində adları qeyd edilmiş X6 müalicə etmiş həkimlərin izahatlarının alınması təmin edilmişdir. X6 əməliyyat etmiş həkim-lor X19 izahatı alınarkən bildirmişdir ki, onunla “X35 Mərkəzi”, yəni "xxxx" MMC arasında əmək müqaviləsi olmamış, həmin xəstəxanada həkim neyrocərrah vəzifəsində işləyən Zaur Ramixanov ilə şəxsi tanışlığı olduğundan xəstəxananın baş həkimi Mahir Babayevin xahişi əsasında həmin xəstəxanada stasionar qaydada müalicə alan X7 “traxeotomiya” əməliyatı etmiş və əməliyyatın qarşılığında ona 250 manat xidmət haqqı ödənilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xəstəlik tarixçəsində olan traxeotomiya əməliyyatının “əməliyyatönü epikriz”-i və traxeotomiya olunmuş xəstəyə qulluqla bağlı sənədlərdən görünür ki, həmin sənədlər həkimlor X19 tərəfindən tərtib edilmiş və imzalanmışdır. Bundan başqa, Gəncə şəhər prokurorluğu tərəfindən aparılan araşdırma zamanı xx.xx.1988-ci il təvəllüdlü X12 adına "xxxx" MMC (X35 Mərkəzi) ilə bağlanmış hər hansı əmək müqaviləsinin olub-olmaması barədə məlumatın, müsbət halda həmin əmək müqavilələrinin təsdiq edilmiş surətinin (və ya əmək müqaviləsi bildirişi) Gəncə şəhər prokurorluğuna təqdim edilməsi ilə bağlı sorğu verilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətindən daxil olmuş məktubla əmək müqaviləsi bildirişi altsistemində X12 adına heç bir əmək müqaviləsi bildirişinin qeydiyyata alınmaması bildirilmişdir. Bu səbəbdən, "xxxx" MMC-nin (X35 Mərkəzi) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə və MMC-nin vəzifəli şəxsi hesab edilən direktoru X8 barəsində Azərbaycan Respublikası İXM- nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinə göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətindən Gəncə şəhər prokurorluğuna daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əsasən "xxxx" MMC-nin vəzifəli şəxsi hesab edilən direktoru X13 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Gəncə Daşkəsən Regional Şöbəsi tərəfindən 3500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə işi üzrə keçirilən iclasda iştirak edən "xxxx" MMC-nin nümayəndələri tərəfindən həkim-lor X12 əmək müqaviləsi olmadan X7 “traxeotomiya” əməliyatı etməsi "xxxx" halı ilə əsaslandırılmış və bu səbəbdən MMC-nin inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Səbəb isə xəstənin əməliyyatdan sonrakı dövrdə tənəffüs çatışmazlığı yarandığından xəstə STA-na qoşulmuş, diaqnozu dəqiqləşdirilməsi məqsədi ilə döş qəfəsinin RQ və KT müayinəsi aparılmış, hər iki ağciyərdə plevrapnevmaniya sahələri aşkar edilmişdir. Bəlğəm mikrobiolofii analizə götürülmüşdür. Radioloji və laborator müayinələrinin cavablarına əsasən xəstə müalicə taktikasında korreksiya edilmişdir. Bronx- ağciyər ağacının qulluğu məqsədi ilə xx.xx.2022- ci il tarixdə planlı qaydada ümumi anesteziya altında “Traxeostomiya” əməliyyatı icra edilmişdir. Həmin əməliyyat riskli olduğundan və bu zonada həmin əməliyyatı edə biləcək lor həkimi olmadığından onlar xəstənin həyatını xilas etmək üçün məcburən Vüsal Qaffarovu əməliyyata dəvət etmişlər. Onların xəstəxanasında lor həkimi olmasına baxmayaraq əməliyyat riskli olduğundan imtina etmişdir. Onlar yalnız bir dəfə, son zərurət vəziyyətində Vüsal Qaffarovdan kömək istəyərək xəstənin həyatını xilas etmək üçün əməliyyat etməsini xahiş etmişlər və bu əməliyyata görə heç bir ödəniş etməmişlər. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdə səhər saatlarında qəflətən xəstənin halı pisləşmişdir. Aparılmış reanimasion tədbirlərinə baxmayaraq xəstə xx.xx.2022-ci il səhər 07:45-də saatlarında ürək-ağciyər çatışmazlığı, ağciyər arteriyasının tromboemboliyası səbəbindən bioloji ölüm qeydə alınmışdır. Ölümün bilavasitə səbəbi, xəstə D.C.Yusobovanın hipertoniya xəstəliyi, hipertonik kriz, sağ orta beyin arteriya hövzəsinin işemik insultu, hemorragik transformasiyası, şəkərli diabet-İl tip və hər iki ağciyərin aşağı paylarının plevrapnevmaniyası-ağır dərəcəli olması ilə izah edilir. Sonda əməliyyatın son zərurətdən irəli gəlməsi ilə bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdik. Lakin Gəncə şəhər məhkəməsi hesab etmişdir ki, inzibati xəta üzrə işdə Vüsal Qaffarovun əmək müqaviləsi olmadan və hüquqi qüvvəyə minmədən "xxxx" MMC tərəfindən əməliyyata cəlb edilməsi xx.xx.2022-ci il tarixdə baş vermiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar xx.xx.2022- ci il tarixdə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə daxil olmuşdur, hazırda isə inzibati xətanın baş verdiyi tarixdən 3 ay keçmişdir. Halbuki qanunvericiliyə əsasən inzibati xəta baş verdiyi gündən 3 ay keçəndən sonra inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılmış şəxsin müdafiəçisi X9 şikayəti müdafiə edərək, X13 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X21 Xidməti Gəncə Regional Ərazi şöbəsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, X13 direktoru olduğu tərəfindən "xxxx" MMC – X35 X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu səbəbdən o, İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 3500 manat cərimə edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 3(125)-156/2022 saylı xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, "xxxx" MMC barəsində Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X16 xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-424/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 3(125)- 156/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X26 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, şikayət verən şəxsin müdafiəçisinin çıxışını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz faktiki halları ondan ibarətdir ki, "xxxx" MMC-nin direktoru X10 X14 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi olmadan və hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən inzibati xəta, yəni həkim Vüsal Qaffarovun əmək müqaviləsi olmadan və hüquqi qüvvəyə minmədən "xxxx" MMC-nin direktoru tərəfindən əməyə cəlb edilməsi xx.xx.2022-ci il tarixdə baş vermiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə, şikayət verən şəxs X15 barəsində olan inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir, həmin vaxt isə inzibati xətanın baş verdiyi tarixdən 4 aydan artıq müddət keçmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2- ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göstərilən normaların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarı ilə müqayisəli təhlilindən göründüyü kimi hazırkı iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilsə də, inzibati xəta xx.xx.2022-ci il tarixdə baş verdiyi üçün İXM-in 38.1ci maddəsində nəzərdə tutulan 3 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, hazırki inzibati xəta haqqında material üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi 22 iyun 2022-ci il tarixdən hesablanmamalıdır. Çünki, həmin qərar cinayət prosessual qanunvericiliyin tələbləri əsasında aparılmış araşdırma nəticəsində X4 ölməsi ilə əlaqədar onu müalicə etmiş həkimlərin əməllərində cinayət tərkibinin olmaması ilə əlaqədar qəbul edilmişdir. X12 əmək müqaviləsi olmadan və hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi isə inzibati xəta olmaqla, ölmüş şəxsi müalicə etmiş həkimlərin əməllərində cinayət tərkibinin olub-olmaması ilə bağlı aparılmış araşdırma və həmin araşdırma nəticəsində qəbul edilmiş qərarla heç bir bağlılığı yoxdur. Bu səbəbdən, X8 vəzifəli şəxs kimi İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi xx.xx.2022-ci il tarixdən deyil, inzibati xəta hadisəsinin baş verdiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə olan vəziyyətdə Azərbaycan Respublikası ƏƏSMN yanında X21 Xidməti Gəncə Regional Ərazi şöbəsinin rəisi tərəfindən xx.xx.2022-ci il tarixdə X13 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən İXM-in 38.1-ci maddəsində nəzərdə tutulan 3 aylıq inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallar müəyyən edildikdə, qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar müəyyən olunduqda inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114, 115, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Gəncə Regional Ərazi şöbəsinin rəisi tərəfindən X13 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X32
Məhkəmə qərarları › İş №3(125)-564/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-564/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver