Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-567/2023 29.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə şəhər Prokurorunun köməkçisi X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş inzibati xəta haqqında icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 14 mart 2023-cü il tarixli Qərarda göstərilmişdir ki, Şəxs 2021-ci il iyun ayından Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi 36-da yerləşən mağazanı icarə müqaviləsi olmadan həmin mağazanın sahibi Elmar adlı şəxsdən aylıq 300 manat pula icarəyə götürüb köhnə malların alqı-satqısı ilə məşğul olmaqla aylıq icarə haqqını verəndən sonra aylıq olaraq 300 manat qazanc əldə etmiş, o 2021-ci ilin 7 ayı, 2022-ci ilin 12 ayı və 2023-cü ilin 2 ayı olmaqla, ümumilikdə 21 ay olmaqla 6600 (altı min altı yüz) manat, mecmayinin satışından isə 10 manat qazanc əldə etməklə Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, yəni Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə məşğul olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-in 398ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 2021-ci ilin iyun ayından ünvan 2 ünvanda ərləşən, Gəncə şəhər sakini olan və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləyən Elmar adlı şəxsdən rəsmi icarə müqaviləsi olmadan aylıq 300 manata icarəyə götürdüyü mağazada köhnə malların alqı-satqısı ilə məşğul olsa da orada daimi işləməmiş, tez-tez yerini dəyişdirmişdir, iş materiallrəında qeyd olunan miqdarda qazanc əldə etməmişdir. Azərbaycan dilində oxuya bilmədiyindən, izahata oxumadan imza atmışdır.O, köhnə əşyaların alqı-satqısı ilə məşğul olmaq üçün Gəncə Ərazi Vergilər İdarəsində VÖEN açdırsa da uzun müddətidr ki, həmin Vöen bağlı olmuşdur. Hal-hazırda vergi ödəyicisi deyildir. X4 əvvəllər tanımamış və Sabirlə aralarında düşmənçiliyi və ədavəti yoxdur. 04 may 2022-ci il tarixdə, saat radələrində Sabirdən mejmayını 35 manata almağa razılaşmış, Sabir özünə məxsus şəxsiyyət vəsiqəsinin arxasına qeydlər apardıqdan sonra o, 35 manat pulu Sabirə vermişdir. O, Mejmayini mağazaya gələn tanımadığı müştəriyə 45 manata sataraq 10 manat gəlir əldə etmişdir. Bu faktı izahatında da təsdiq etmişdir, lakin indiyə qədər 6.600 manat qazanc əldə etməsi ilə bağlı izahat verməmiş, həmin izahatı təsdiq etmir. Bu səbəbdən onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhər Prokurorunun köməkçisi X5 inzibati xətaq haqqında iş üzrə icraatın aparılması haqqında qərarın təmin olunmasını və şəxsin 6.600 manat qazzanc miqdarında cərimələnməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsin 6.600 manat qazanc əldə etməsi yalnız öz izahatı əsasında müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Şəxs Gəncə şəhər Prokurorluğuna ünvanladığı izahatından görünür ki, 2021-ci ilin iyun ayından ünvan 2 ünvanda ərləşən, Gəncə şəhər sakini olan və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləyən Elmar adlı şəxsdən rəsmi icarə müqaviləsi olmadan aylıq 300 manata icarəyə götürdüyü mağazada köhnə malların alqısatqısı ilə məşğul olur. Səncə şəhər sakinlərindən Köhnə məişət əşyalarını ucuz qiymətə alıb, üzərinə 20-50 manat arası qazanc qoymaqla satır. O, köhnə əşyaların alqı-satqısı ilə məşğul olmaqla aylıq 300 manat qazanc əldə edir. O, köhnə əşyaların alqı-satqısı ilə məşğul olmaq üçün Gəncə Ərazi Vergilər İdarəsində VÖEN açdırıb rəsmi fəaliyyətlə məşğul ola bilməmiş və vergi ödəyicisi deyildir. X4 əvvəllər tanımamış və Sabirlə aralarında düşmənçiliyi və ədavəti yoxdur. 04 may 2022-ci il tarixdə, saat radələrində Sabir işlədiyi mağazaya əlində mejmayı (mis materialdan paxlava bişirmək üçün olan qab) daxil olmuş, onunla salamlaşıb əlində olan mis mejmayını satmaq istədiyini bildirmişdir. O, mejmayiyə baxdıqdan sonra Sabirdən mejmayinin oğurluq olub-olmamasını soruşmuş, Sabir ona mejmayinin mərhum anasına məxsus olduğunu, hazırda Türkiyə Cümhuriyyətinə köçəcəyi üçün evdə olan əşyaların bir qismini satdığını, hazırda mejmayini də satmaq istədiyini bildirmişdir. O, Mehmanla mejmayını 35 manata almağa razılaşmış, Sabir özünə məxsus şəxsiyyət vəsiqəsinin arxasına qeydlər apardıqdan sonra o, 35 manat pulu Sabirə vermişdir. O, Mejmayini mağazaya gələn tanımadığı müştəriyə 45 manata sataraq 10 manat gəlir əldə etmişdir. Sabirin şəxsiyyət vəsiqəsinin kserosurəti və kserosurətin arxasına öz xətti ilə yazdığı qeydləri sonradan mejmayinin oğurluq olması polislər tərəfindən müəyyən olduqdan sonra polislərə təhvil vermişdir. Mən həmin mejmayinin oğurluq olduğunu bilsə heç vaxt almazmış, o, həmin mağazada köhnə məişət əşyalarının alqı-satqısıilə məşğul olmaqla aylıq olaraq 300 manat qazanc əldə edir və 2021-ci ilin iyun ayından bu günə kimi ünvan 2 ünvanda yerləşən mağazada köhnə məişət əşyalarının alqı-satqısı ilə məşğul olmaqla 2021-ci ilin 7 ayı, 2022-ci ilin 12 ayı və 2023-cü ilin 2 ayı olmaqla, ümumilikdə 21 ay olmaqla 6600 manat, mecmayinin satışından isə 10 manat qazanc əldə etmişdir. O, həmin mağazada köhnə əşyaların alqı-satqısı ilə məşğul olaraq fəaliyyət göstərdiyindən Vergidə VÖEN açdırmamış və gələcəkdə nəzərdə tutmuşdur ki, həmin fəaliyyətlə məşğul olmaq üçün VÖEN açdırıb məşğul olacaqdır. Sübutlarin qiymətləndirilməsi və əmlin tövsüf edilməsi barədə 14 noyabr 2022-ci il tarixli qərar ilə izahatından görünür ki, Şəxs mejmayini 35 manata X1 alması ilə bağlı ifadə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə Şəxs 04 may 2022-ci il tarixdə, mejmayini 35 manata X1 alması və 45 manata satması, özünün etirafedici ifadəsi, X3 cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi ilə öz təsdiqini tapır.Lakin “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 14 mart 2023-cü il tarixli Qərarda göstərilən 6.600 manat qazanc əldə etməsi ilə bağlı hallar məhkəmə iclasında heç bir mötəbər sübut ilə öz təsdiqini tapmamışdır. Qərarda göstərilən hal yalnız ehtimala əsaslanmış və inzibati icraat aparılan şəxsin izahatı əsasında tərtib edilmişdir. Məhkəmə iclasında isə inzibati icraat aparılan şəxs Şəxs izahat verərək həmin halı inkar etmişdir. Şəxs “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 14 mart 2023-cü il tarixli Qərarda göstərilən 6.600 manat qazanc əldə etməsi öz təsdiqini tapmadığından, məhz fakt üzrə öz təsdiqini tapan 10 manat üzrə təqsirli bilinməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Kamran Məmmədovun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs İXMnin 398-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, 10 manat qazanc əldə etməsi nəzərə alınmaqla barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, əldə edilmiş gəlirin 2 (iki) misli miqdarında, yəni 20(iyirmi) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-567/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-567/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver