Məhkəmə qərarları › İş №3(125)-568/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-568/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-568/2023 06.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhər prokurorunun köməkçisi X2 və barəsində icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xətalar haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Prokurorluğundan vətəndaş Şəxs qanunsuz sahibkarlıqla məşğul olması ilə bağlı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzinati raşdırma aparılması haqqında” Qərar və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, Şəxs 2022-ci ilin aprel ayından Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi 1 nömrəli binanın birinci mərtəbəsində yerləşən rəsmi icarə müqaviləsi olmadan Fəxrəddin adlı şəxsdən 500 manata icarəyə götürdüyü mağazada köhnə malların alqı-satqısı ilə məşğul olur. Gəncə şəhər sakinlərindən köhnə məişət əşyalarını ucuz qiymətə alıb, üzərinə 20-50 manat arası qazanc qoymaqla satır. O, köhnə əşyaların alqı-satqısı ilə məşğul olmaqla aylıq 300 manat qazanc əldə edir. O, köhnə əşyaların alqı-satqısı ilə məşğul olmaq üçün Gəncə Ərazi Vergilər İdarəsində VÖEN açdırıb rəsmi fəaliyyətlə məşğul ola bilməmiş və vergi ödəyicisi deyildir. 2022-ci ilin 9 ayı, 2023-cü ilin 2 ayı olmaqla, ümumilikdə 11 ay olmaqla 3300 (üç min üç yüz) manat qazanc əldə etmişdir. O, həmin mağazada köhnə əşyaların alqı-satqısı ilə məşğul olaraq fəaliyyət göstərdiyindən vergidə VÖEN açdırmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində göstərilmişdir ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, yəni dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyytəinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Bu baxımdan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məqsədilə inzibati xəta haqqında icraat materialları məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi X4 izahat verərək bildirdi ki, iş materiallarında Şəxs izahatı mövcuddur. Həmin izahatda barəsində icraat aparılan şəxs VÖEN olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını etiraf etmişdir. Bu baxımdan, Şəxs barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs bildirdi ki, latın qrafikası ilə yazıb oxuya bilmir. İzahat verən zaman izahatın ondan nə üçün alındığını tam dərk etməmişdir. İzahatında onun VÖEN-ninin olmamasını bildirsə də, bu anlaşılmazlıq səbəbindən baş vermişdir. Belə ki, onun VÖEN-i mövcuddur və hazırda aktivdir. Həmin VÖEN 2017-ci ildə ondan izahat alınandan 4 il əvvəl qeydiyyata alınmışdır. X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət alaraq hazırda Qarabağ qazisi və ikinci qrup əlildir. VÖEN-nin nüsxəsini və qardaşının qazi və veteran olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edərək barəsində inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Şəxs məxsus VÖEN-nin nüsxəsindən görünür ki, VÖEN barəsində icraat aparılan şəxsə məxsusdur və xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 085345 nömrəli Vəsiqənin surətindən görünür ki, Şəxs X1 ikinci qrup Azərbaycan Respublikasının müdafiəsi əlilidir. Azərbaycan Respublikası “Qarabağ Qaziləri” Birliyinin 0860 nömrəli Vəsiqəsindən görünür ki, Şəxs birliyin üzvüdür. Məhkəmə barəsində tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında materialı nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati materialda olan sənədlər, məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsinin izahatının qarşılıqlı tədqiqi nəticəsində əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirib, mövcud sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxs Şəxs qüvvədə olan və inzibati xəta hadisəsinin aşkara çıxarılmasından öncə qeydiyyata alınmış VÖEN-i olduğundan əməldə inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin törədilməsi müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinin tələblərinə görə inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar