Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-570/2022 29.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional Bölməsinin nümayəndəsi X3, Gəncə Şəhər Birləşmiş X5 şəxsin Akad. Z.Məmmədov adına Xəstəxanasının nümayəndəsi X2 iştirakı ilə, Gəncə Şəhər Birləşmiş X5 şəxsin Akad. Z.Məmmədov adına Xəstəxanasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinə əsasən Gəncə Şəhər Birləşmiş X5 şəxsin Akad. Z.Məmmədov adına Xəstəxanası barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli MN №0004310 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Gəncə Şəhər Birləşmiş X5 şəxsin Akad. Z.Məmmədov adına Xəstəxanasında 05 sentyabr 2022-ci il tarixdə ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları ilə yerinə yetirilməsi aşkar edilmişdir. Nəticədə, Gəncə Şəhər Birləşmiş X5 şəxsin Akad. Z.Məmmədov adına Xəstəxanası tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional Bölməsinin nümayəndəsi X7 protokolu müdafiə edərək, Gəncə Şəhər Birləşmiş X5 şəxsin Akad. Z.Məmmədov adına Xəstəxanasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Gəncə Şəhər Birləşmiş X5 şəxsin nümayəndəsi X1 Şəhər Birləşmiş X5 şəxsin Akad. Z.Məmmədov adına Xəstəxanası barəsində tərtib olunmuş 05 sentyabr 2022-ci il tarixli protokolla etiraz etdiyini bildirdi. Həmçinin bildirdi ki, Gəncə Şəhər Birləşmiş X5 Şəxsin Akad. Z.Məmmədov adına X5 şəxs deyil, o, Gəncə Şəhər Birləşmiş X5 Şəxsin srtuktur bölməsidir. Buna görə də Ona görə, Akad. Z.Məmmədov adına Xəstəxana qeyd edilən inzibati xətanın subyekti ola bilməz. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional Bölməsi tərəfindən Akad. Z.Məmmədov adına Xəstəxana barəsində protokolun tərtib edilməsinin qeyri qanuni olduğunu bildirərək həmin protokolun ləğv edilməsini xahiş etdi. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli MN №0004310 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Gəncə Şəhər Birləşmiş X5 şəxsin Akad. Z.Məmmədov adına Xəstəxanasında 05 sentyabr 2022-ci il tarixdə ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları ilə yerinə yetirilməsi aşkar edilmişdir. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional Bölməsi tərəfindən Gəncə Şəhər Birləşmiş X5 şəxsin Akad. Z.Məmmədov adına Xəstəxanasına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin yoxlamadan keçirilməmiş 120 (yüz iyirmi) sayda ölçmə vasitələrindən istifadə olunması müəyyən edilmişdir. Ölçmə vasitələrinin ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz saxlanması (və ya) ölçmə vasitələrinə müdaxilə edilməsi halları aşkar edilməmişdir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılması halları aşkar edilməmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Gəncə Şəhər Birləşmiş X5 şəxsin Akad. Z.Məmmədov adına Xəstəxanasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə 163 nömrəli, xx.xx.2019-cu il tarixli Qərarına əsasən Akademik Z.Məmmədov adına X11 Xəstəxanası Gəncə Şəhəri Səhiyyə İdarəsinin tabeliyindədir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 xx.xx.2021-ci il tarixli Qərarına əsasən Gəncə Şəhər Səhiyyə İdarəsinin tabliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla Gəncə Şəhər Səhiyyə İdarəsinin əsasında Gəncə Şəhər Birləşmiş X5 Şəxs yaradılmış, Gəncə Şəhər Birləşmiş Xəstəxanaı PHŞ Gəncə Şəhər Səhiyyə idarəsinin hüquqi varisi hesab edilmiş və əvvəlki tibb müəssisələrinin işçiləri ilə bağlanmış əmək müqavilələri, o, cümlədən digər müqavilələr tam həcmdə hüquqi varislik prinsipi əsasında püblik hüquqi şəxsə ötürülmüşdür. Beləliklə, Akad. Z.Məmmədov adına Xəstəxana hüquqi şəxs olmadığından hazırki inzibati xəta üzrə onun subyekt kimi nəzərdən keçirilməsi qeyri-mümkündür. Bu baxımdan, məhkəmə hesab edir ki, hazırki əməldə tərkib əlamətlərindən biri – subyekt olmadığından inzibati xəta tərkibi yaranmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə, belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında yerləşən Gəncə Şəhər Birləşmiş X5 şəxsin Akad. Z.Məmmədov adına X5 Şəxs deyil, Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ-in struktur bölməsidir. Gəncə Şəhər Birləşmiş X5 şəxsin Akad. Z.Məmmədov adına Xəstəxanası inzibati subyekt hesab edilə bilmədiyinə görə əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gəncə Şəhər Birləşmiş X5 şəxsin Akad. Z.Məmmədov adına Xəstəxanası barəsində 07 sentyabr 2022-ci il tarixli MN №0004310 nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-570/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-570/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver