Məhkəmə qərarları › İş №3(125)-571/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-571/2022

12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-571/2022 12.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şahin oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair Gəncə Şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs bacısı Zərərçəkmiş şəxs üzünə vurmaqla ona fiziki ağrı yetirmişdir. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə rəisi X2 məhkəmə iclasında protokolu müdafə edib bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayan Şəxs ilə sonuncunun bacısı Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, yaranmış mübahisə zamanı Şəxs bacısı Zərərçəkmiş şəxs əl zərbəsi ilə sifətindən vuraraq fiziki ağrı yetirmişdir. Sonda o, Şəxs ilə Zərərçəkmiş şəxs barışdığı üçün qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilən şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, onun bacısı Xəyalə ilə aralarında xx.xx.2022-ci il tarixdə yaşadıqları evdə mübahisə olmuş, o, Xəyaləni üz nahiyyəsindən sillə ilə vurmuşdur. Sonda o, bacısı ilə barışdığını, Xəyalənin ondan şikayəti olmadığını bildirmiş, onun barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə qardaşı Xəyal ona məxsus olan mobil telefonu zorla sonuncunun əlindən almış, həmin vaxt onların arasında mübahisə yaranmış və Xəyal onun üz nahiyyəsindən sillə ilə vurmuşdur. Sonda o, qardaşı Xəyala qarşı hər hansı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini, barışdığını bildirmiş və onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarının araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından onun barəsində İXM-in 157–ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114,115, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar