Məhkəmə qərarları › İş №3(125)-571/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-571/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-571/2023 09.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X8, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri, N.Nərimanov prospekti, ev 48/(7), mənzil 32-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsində tərtib olunmuş inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli 3(125)-571/2023 nömrəli Qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilmiş inzibati xətanı törətmiş hesab edilərək barəsində 01 ay 15 gün inzibati həbs tətbiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 27 mart 2023-cü il tarixli 3(104)-203/2023 nömrəli Qərarı ilə barəsində icraat aparılan şəxsin vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Gəncə Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli 3(125)- 571/2023 nömrəli Qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X10 çıxış edərək bildirdi ki, Şəxs ayrı-ayrı vaxtlarda, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixdə xırda talama əməlləri törətmişdir. Onun əməllərində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş əməllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsində nəzərdə tutulan xırda talama inzibati xəta hadisəsinin tərkibi yarandığından, onun barəsində ayrı-ayrılıqda müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında ona istinad olunan əməl üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, inzibati xəta haqqında materialda göstərilmiş əməllər onun tərəfindən törədilməmişdir. Məhkəmədən inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, ona məxsus fərdi yaşayış evinin həyətindən 90 manat dəyərində naqili oğurlanmışdır. Bu barədə 102 xidmətinə müraciət etmiş, sonradan işin araşdırılmasından məlumatı olmamışdır. Barəsində icraat aparılan Şəxs ilk dəfədir ki görür. Sonradan ona heç bir zərər ödənilməmiş, Şəxs inzibati məsuliyyətə cəlb edildiyindən məlumatsız olmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş, Gəncə şəhər BPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi X10 tərəfindən tərtib olunmuş 16 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi 25-ci küçədə yerləşən evin həyətindən X3 məxsus 90 manat dəyərində olan elektrik naqillərini gizli yolla oğurlamışdır. Gəncə şəhər BPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi X10 tərəfindən tərtib olunmuş 16 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu, Samanlıq kəndində yaşayan X6 məxsus ümumi dəyəri 80 manat olan elektrik naqilini və elektrik sayğacını gizli yolla oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 fevral 2023-cü il qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan, onun barəsində qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti 2-ci Polis Bölməsinə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08 yanvar 2023-cü il qərardan görünür ki, X5 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, onun barəsində qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti 2-ci Polis Bölməsinə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin onu tanımaması, inzibati araşdırma zamanı barəsində icraat aparılan şəxsin zərərçəkmiş şəxsə ümumiyyətlə təqdim edilməməsi bunu bir daha təsdiq edir. Bu baxımdan, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar