Məhkəmə qərarları › İş №3(125)-577/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-577/2022

12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-577/2022 12.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Gəncə şəhər İcra hakimiyyəti Başçısı yanında Gəncə Avtomobil nəqliyyatı ilə sərnişin daşıma İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: Gəncə şəhər İcra hakimiyyəti Başçısı yanında Gəncə Avtomobil nəqliyyatı ilə sərnişin daşıma İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin X5 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Gəncə şəhəri H.Əliyev prospekti ev 432 inzibati binada yerləşən Gəncə şəhər İcra hakimiyyəti Başçısı yanında Gəncə Avtomobil nəqliyyatı ilə sərnişindaşıma İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində bu günə qədər məlumat təqdim edilməmişdir. Bununla da Gəncə Avtomobil nəqliyyatı ilə sərnişindaşıma İdarəsi Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd edilən qanunvericilik normasından göründüyü kimi, inzibati xətanın subyekti yalnız hüquqi şəxsin özü ola bilər, xarici hüquqi şəxslərə münasibətdə isə həmin hüquqi şəxslərin özləri və ya onların filial və ya nümayəndəlikləri subyekt ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti vəzifəli şəxs və ya qanunla müəyyən edilmiş qaydada yaradılmış hüquqi şəxs ola bilər. İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli AP seriyalı ******* nömrəli protokolda isə İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti kimi Gəncə şəhər İcra hakimiyyəti yanında Gəncə Avtomobil nəqliyyatı ilə sərnişindaşıma İdarəsinin vəzifəli şəxsi deyil, həmin İdarənin özü cəlb edilmişdir. Halbuki, Gəncə şəhər İcra hakimiyyəti yanında Gəncə Avtomobil nəqliyyatı ilə sərnişindaşıma İdarəsinin balansında avtomobil olsa da, həmin İdarənin hüquqi şəxs statusu olmadığından, o, inzibati xətanın subyekti kimi inzibati məsuliyyətə cəlb edilə bilməz. Hazırki halda, inzibati xətanın subyekti kimi yalnız həmin İdarənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilə bilərdi. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Gəncə şəhər İcra hakimiyyəti Başçısı yanında Gəncə Avtomobil nəqliyyatı ilə sərnişin daşıma İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə şəhər BPİ-nin X5 Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar