Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-579/2024 05.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)951/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 15.000 (on beş min) ABŞ dolları pul alınaraq tələbkar “X5”ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, lakin o, borcun ödənilməsindən boyun qaçırmışdır. Beləliklə, bu günkü tarixədək heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X2 protokolu müdafiə edərək Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qətnaməsinə əsasən 15.000 (on beş min) ABŞ dolları məbləğində borcun Şəxs tərəfindən tutulması qət edilmişdir. Daha sonra borc şəxsə məxsus olan avtomobilə yönəldilmiş, vətəndaş isə həmin avtomobili digər şəxsə etibarnamə ilə verdiyini bildirmişdir. Şəxsin və avtomobilin axtarışı üçün polis tərəfindən tədbirlər həyata keçirilərək onun Rusiya Federasiyasında olduğu, avtomobilin isə xətdə olmadığı müəyyən edilmişdir. Hazırda “X5”ASC avtomobildən imtina edərək borcun Şəxs tutulmasını xahiş etmişdir. Sonda isə qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, onun adına tanışı tərəfindən bankdan ümumilikdə 20.000 (iyirmi min) ABŞ dolları pul götürülmüşdür. Özünə məxsus avtomobili qohumunun dostuna etibarnamə ilə idarə etməyə vermiş qarşılığında isə həmin şəxs banka olan kredit borcunu ödəməyi öz üzərinə götürmüşdür. Halbuki, həmin şəxs kredit borcunu ödəməmişdir. Hazırda isə həmin şəxs ölkə xaricindədir və ona vermiş olmuş avtomobil isə polis tərəfindən axtarışdadır. İş materiallarında olan: - 05 fevral 2024-cü il tarixli MN №1481869 nömrəli protokoldan görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)951/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən tələb Şəxs tərəfindən icra edilmir. - Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)951/2013 saylı xx.xx.2013-cü il icra vərəqəsindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Şəxs məxsus olan “Mercedes Benz C-220” CDİ sedan markalı, qara metalik rəngli minik markalı **-DB- *** qeydiyyat nişanlı avtomobil açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına icra sənədi üzrə borcun ödənilməsi qət edilmişdir. Avtomobilin ilkin satış qiyməti 24000 (iyirmi dörd min) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Borc ödənildikdən sonra artıq qalan məbləğ Şəxs qaytarılması qət edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 8(125)-767/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)951/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin icra qaydası dəyişdirilərək borclu Şəxs xx.xx.2012-ci tarixli 42416/01 nömrəli kredit müqaviləsi üzrə 15 000 (on beş min) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat dövlət rüsumu alınaraq “X6 Azərbaycan” QSC-yə ödənilməsi qərara alınmışdır. - 08 avqust 2013-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə “X5”ASC-nin xeyrinə 15.000 (on beş min) ABŞ dolların ödənilməsi tələbini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin 23 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs icra qeydini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Şəxs 23 noyabr 2020-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, 15.000 (on beş min) ABŞ dolları tam ödəməyə imkanı olmadığını bildirmişdir. - “SMS bildirişin göndərilməsi barədə çıxarış”dan görünür ki, Şəxs qanunvericiliyin tələbinə əsasən Gəncə şəhəri üzrə İcra İdarəsinə çağırılmışdır. - Gəncə şəhəri üzrə İcra İdarəsinin məktubundan görünür ki, ipoteka ilə yüklü edilmiş “Mersedes-Benz C220” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin xətdə hərəkəti müəyyən edilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxslərin izahataları, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-579/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-579/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver