Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-580/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, X12 katibliyi, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi, prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi – QSC-nin hüquq idarəsinin məhkəmələrlə iş şöbəsinin rəis müavini X6, "xxxx" QSC-nin X5 idarə edilməsi sahəsinin rəisi X2, “Global.az” onlayn ictimai-siyasi qəzetinin nümayəndəsi X3 iştirakı ilə, Hüquqi şəxs - "xxxx" QSC-nin İnfrastruktur departamentinin X5 idarə edilməsi sahəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xətalar haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Prokurorluğundan vətəndaş X7 əmək müqaviləsi olmadan əməyə cəlbi ilə bağlı Hüquqi şəxs - "xxxx" QSC-nin İnfrastruktur departamentinin X5 idarə edilməsi sahəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərar və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, X5 idarə edilməsi sahəsinin rəisi X4 “Facebook” Sosial şəbəkəsində Xəbər Portalı istifadəçi adı ilə tanımadığı şəxs tərəfindən təhqir olunması ilə bağlı müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılmasını xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Dəmiryolları QSC-nin X5 idarə edilməsi sahəsinin rəisi X8 hüquqi şəxs olaraq Azərbaycan Respublikasının Əmək, Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 noyabr 1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, sözlərindən məhkum olunmamış, müvəqqəti işləməyən, Gəncə şəhəri, Azərbaycan küçəsi 17-də qeydiyyatda olmaqla yaşayan X11 X5 idarə edilməsi sahəsində şifrələyici-operatorun işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə cəlb etmişdir. Aparılmış araşdırma zamanı alınmış izahatlara və iş materiallarına əlavə edilmiş sənədlərə əsasən "xxxx" QSC-nin əməllərində toplanmış material Gəncə şəhər prokurorluğunda öyrənilmiş, "xxxx" QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin X1 idarə edilməsi sahəsinin rəisi X8 hüquqi şəxs olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 noyabr 1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, sözlərindən məhkum olunmamış, müvəqqəti işləməyən, Gəncə şəhəri, Azərbaycan küçəsi 17-də " qeydiyyatda olmaqla yaşayan X11 İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin X1 idarə edilməsi sahəsində şifrələyici-operatorun işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə cəlb etməklə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilməsi faktı araşdırma zamanı tam təsdiq edilmişdir. Buna görə də, toplanmış material üzrə hüquqi şəxs Azərbaycan Dəmir Yolları QSCnin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin X1 idarə edilməsi sahəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi X14 izahat verərək bildirdi ki, iş materiallarında hüquqi şəxs - "xxxx" QSC-nin İnfrastruktur departamentinin X5 idarə edilməsi sahəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, həm inzibati xəta üzrə icraatın iştirakçılarının izahatları, həm də iş materiallarına əlavə edilmiş sübutlarla əməl tam olaraq sübuta yetirilir. Ona görə də, məhkəmədən hüquqi şəxs - "xxxx" QSC-nin İnfrastruktur departamentinin X5 idarə edilməsi sahəsinin barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında “Global.az” onlayn ictimai-siyasi qəzetinin nümayəndəsi X9 bildirdi ki, törədilmiş inzibati xəta haqqında tərəfindən jurnalist araşdırması aparılmışdır. Hesab edir ki, "xxxx" QSC-nin X5 idarə edilməsi sahəsinin rəisi X8 öz fəaliyyətində inzibati xəta tərkibi yaradan pozuntuya yol vermişdir. Məhkəmədən hüquqi şəxs - "xxxx" QSC-nin İnfrastruktur departamentinin X5 idarə edilməsi sahəsinin barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin X5 idarə edilməsi sahəsinin rəisi X8 bildirdi ki, X11 gündəlik texniki işlərin görülməsi üçün cəlb etmişdir. Cibindən ona aylıq xərclik vermişdir. "xxxx" QSC rəhbərliyinin bu faktdan xəbəri olmamışdır. Ona görə də inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi – QSC-nin hüquq idarəsinin məhkəmələrlə iş şöbəsinin rəis müavini X13 bildirdi ki, əməldə inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, barəsində icraat aparılan "xxxx" QSC-nin İnfrastruktur departamentinin X5 idarə edilməsi sahəsi hüquqi şəxs deyildir. İnfrastruktur departamentinin X5 idarə edilməsi sahəsinin inzibati xətanın subyekti olmamasını təsdiq edən "xxxx" QSC-nin İnfrastruktur departamentinin Əsasnaməsini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş 08 iyul 2021-ci il tarixli “İşə qəbul haqqında” Əmrdən görünür ki, X8 "xxxx" QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin X5 idarə edilməsi sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 17 mart 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərardan görünür ki, "xxxx" QSC-nin İnfrastruktur departamentinin X5 idarə edilməsi sahəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərarı və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə inzibati xəta tərkibin əlamətlərinin mövcud olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həm inzibati məsuliyyət müəyyən edən maddənin, həm də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin mahiyyəti baxımından məhkəmə hesab edir ki, 17 mart 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərarla barəsində inzibati xəta haqqında icraat başanılmış "xxxx" QSC-nin İnfrastruktur departamentinin X5 idarə edilməsi sahəsi inzibati xətanın subyekti deyildir. Belə ki, "xxxx" QSC-nin sədri Cavid Qurbanovun xx.xx.2021-ci il tarixli Əmri ilə təsdiq edilmiş "xxxx" QSC-nin İnfrastruktur departamentinin Əsasnaməsinin 1.1-ci maddəsinə əsasən "xxxx" QSC-nin İnfrastruktur departamenti Əsasnamə ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən "xxxx" QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan struktur qurumdur. Beləliklə, "xxxx" QSC-nin İnfrastruktur departamentinin X5 idarə edilməsi sahəsi öz təşkilati hüquqi formasına görə inzibati xətanın subyekti hesab edilən nə fiziki, nə vəzifəli nə də hüquqi şəxs hesab edilmir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta tərkibinin 4 əlamətindən biri, inzibati xətanın subyekti mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən törədilmiş əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC-nin İnfrastruktur departamentinin X5 idarə edilməsi sahəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-580/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-580/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver