Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-580/2024 26.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokol üzrə işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X3 yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-da “VAZ 21063” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 329.3 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırkı inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 3(125)-560/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol həmin vaxt məhkəməyə təqdim edilmədiyindən digər protokol ilə birlikdə baxılıb qərar qəbul edilməsi həmin vaxt mümkün olmamışdır. Belə ki, hazırkı protokolda qeyd edilən fakt ilə şəxsin İXM-in 206-cı maddəsi ilə tənbeh edilməsi faktı eynidir və aydın şəkildə görünür ki, şəxs eyni fakta görə sanksiyasında daha ağır inzibati tənbeh nəzərdə tutulmuş İXM-in 206-cı maddəsi ilə tənbeh edilmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və inzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərə alaraq hesab edir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X3 yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-in 329.3 və 333-1.1-ci maddələri ilə başlanımış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 38, 48–50, 53, 114, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333-1.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-580/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-580/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver