Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-585/2022 14.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis bölməsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis bölməsinin sahə rəisi polis kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs vətəndaş Şəxs “Şərq” kafesində 4 nəfərlə yeyib-içdikdən sonra hesabı verməyərək, orada olan şəxsləri təhqir etmiş, polis əməkdaşları kafeyə gəldikdə polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs X2 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə 4-cü Polis bölməsinin əməliyyat müvvəkili polis leytenantı Nicat Xanbatovla birlikdə əməliyyat qrupunda olan zaman X3 DİN-nin 102 zəng xidmətinə müraciət edərək Gəncə şəhəri M.Y.Axundzadə küçəsində yerləşən “Şərq” yeməkxanasında dava olmasını bildirmiş, məlumat əsasında hadisə yerinə getmişlər. Həmin vaxt orada münaqişə yaradan, adı onlara sonradan məlum olan Şəxs polis idarəsinə dəvət etsələr də, sonuncu, nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olan zaman bir kənddə yaşadığı tanışı Mirzaman adlı şəxs evə gələrək, onunla birgə yeyib-içməyə getməyi təklif etmiş, həmin vaxt o, Mirzamana pulunun olmadığını, Mirzaman isə hesabı onun ödəyəcəyini bildirmişdir. Onlar razılaşaraq yaxınlıqda yerləşən “Vostok” adlı yeməkxanaya getmişlər. Mirzamanın yanın iki nəfər başqa tanışı da olmuşdur. Onlar orada yemək yeyib, spirtli içki qəbul etdikdən sonra Mirzaman yanlarındakı adamlardan birini götürüb yaxınlıqda işinin olduğunu, 5 dəqiqəyə qayıdacağını bildirmişdir. Daha sonar o, ayaqyoluna getmiş, qayıtdıqda masadakı tanışının obyektin sahibi tərəfindən döyüldüyünü görüb, nə baş verdiyini bilmək üçün onlara yaxınlaşanda döyülən şəxs qaçmış, obyektin sahibi onların hesabı ödəmədiyini, o, isə telefonu istəyərək zəng edib pulu gətizdirəcəyini bildirsə də, onlar həmin vaxt polis çağırmış, polis əməkdaşları onunla kobud rəftar etdiyi üçün o, polis əməkdaşlarına söymüşdür. Sonda o, himayəsində 3 uşağının olduğunu, əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X4 izahat verərək bildirmişdir ki, o, “Şərq” yeməkxanasında aşbaz işləyir, Şəxs birinci dəfə orada görmüşdür. Oran 3 nəfər şəxslə birlikdə onun kafesində yemək yeyib, spirtli içki içib, siqaret çəkdikdən sonra hesab 110 manat müəyyən edilmişdir. Həmin vaxt Orxanın yanında olan 3 nəfərdən ikisi hesabı ödəməyərək qaçmış, Orxan və yanındakı 1 nəfər hesabı ödəməmək üçün biri-biri ilə mübahisə etmişlər və biri-birinə söyüşlər söymüşlər, onlar hər ikisi sərxoş vəziyyətdə olmuşdur. Həmin vaxt o, sonunculara yaxınlaşıb hesabı tələb edəndə digər şəxs qaçmış, o, Orxanın qaçmasına mane olmuşdur. O, DİN 102 xidmətinə zəng edərək, polis əməkdaşlarını oraya çağırmışdır. Polis əməkdaşları gəldikdən sonra onu və Orxanı izahatlarını almaq üçün bölməyə dəvət etmişlər, lakin sonuncu polis əməkdaşlarına tabesizlik göstərərək bölməyə getməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs müayinədən imtina etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 19:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Çünki Şəxs onu izahat verməsi üçün polis bölməsinə dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə əməlindən peşmançılıq çəkməsini, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağı olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə inzibati xətanı törədərkən Şəxs sərxoş olmasını onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-585/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-585/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver