Məhkəmə qərarları › İş №3(125)-588/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-588/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-588/2022 23.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, şikayət verən şəxs X7, Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX Gəncə regional ərazi şöbəsinin nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Gəncə regional ərazi şöbəsinin rəisi X6 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X7 şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Gəncə regional ərazi şöbəsinin rəisi X6 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv etməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi məhkəmədə ərizəsini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Gəncə regional ərazi şöbəsinin rəisi X6 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3500 manat məbləğində cərimə olunmuş, protokolun tərtib olunmasına və qərarın qəbul olunmasına səbəb kimi guya nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X4 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi qeyd olunmuşdur.Qeyd olunan qərar qanunsuz və əsassızdır. Belə ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Gəncə şəhərində məskunlaşmış, uzun müddətdir Gəncə şəhərində yerləşən X17 Ticarət mərkəzində toxum satışıyla məşğul olur və bununla da ailəsini dolandırır. X1 da vaxtaşırı sonuncunun yanına gəlib getmiş, xx.xx.2021-ci il tarixdə oğlu Cavanşir onun yanında olan vaxt X2 əməkdaşları işlədiyi mağazaya gələrək heç bir əsas olmadan mağazada olan toxumları və digər əşyaları aparmaq isdəyiblər bu zaman o, etiraz etmiş və həmin vaxt oğlu Cavanşir də DİN-nin 102 sayl qaynar xəttinə və Gəncə şəhər prokurorluğuna müraciət edib. Qeyd etdiyi kimi oğlu Cavanşir heç vaxt ona məxsus mağazada işləməyib və bununla bağlı heç bir sübut da yoxdur. Buna baxmayaraq qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Gəncə regional ərazi şöbəsinin rəisi X9 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək 3500 manat məbləğində cərimə etmişlər. Sonda o, barəsində olan əsassız tərtib edilmiş inzibati tənbeh vernə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı tərtib edən Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX Gəncə regional ərazi şöbəsinin nümayəndəsi X10 bildirmişdir ki, prokurorun xx.xx.2022-ci il tarixli qərarına əsasən X7 barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul etmişlər. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan inzibati tənbeh vermə haqqında 30 avqust 2022-ci il tarixli MN ******* saylı qərardan görünür ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X11 tərəfindən X8 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş. X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3500 manat məbləğində inzibati cərimə növü tətbiq edilmişdir. İş materiallarında olan 25 iyul 2022-ci il inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, vəzifəli şəxs X11 (ş/v № AA0974868, FİN:4DC880H) (VOEN:**********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat balanmışdır. İş materiallarında olan Gəncə şəhər prokurorluğunun sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən verilmiş 2 mart 2022-ci il tarixli məktubundan görünür ki, fiziki şəxs X11 tərəfindən Əmək müqaviləsi bildirişi altsisteminə X3 adına daxil edilmiş əmək müqaviləsi bildirişi ilə bağlı məlumatların təqdim edilməsi barədə prokurorluğun 18 fevral 2022-ci il tarixli 52-C-22 nömrəli məktuba Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətində baxılmış, fiziki şəxs X11 (VÖEN **********) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi bildirişləri daxil edilməmişdir. Həmin məktub xx.xx.2022-ci il tarixdə Gəncə şəhər prokurorluğuna daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X19 tərəfindən törədilmiş uzanan inzibati xəta, yəni əmək müqaviləsi olmadan işçinin işə cəlb edilməsi xx.xx.2022-ci il tarixdə Gəncə şəhər prokurorluğu tərəfindən aşkar edilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar inzibati xətanın aşkar edildiyi gündən 03 ay keçdikdən sonra xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Halbuki qanunvericiliyə əsasən inzibati tənbeh uzanan inzibati xətanın aşkara çıxarıldığı gündən ən geci üç ay keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. - 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. - 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra X11 barəsində inzibati tənbeh tətbiq edildiyi üçün şikayət təmin edilərək onun barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 şikayəti təmin edilsin. X7 barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar