Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-590/2023 27.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlu, Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə materialı araşdırıb, m ü ə y y ə n e t d i: Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə tərtib edilmiş iş materialları baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs tərəfindən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı təqdim edilən materiallardan aydın olur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla inzibati xəta haqqında işdə olan xx.xx.2023-cü il tarixli EQ 11592582 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar arasında ziddiyyət mövcuddur. Belə ki, inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın ünvan 1 ünvanında qeydiyyatda olan X1 istifadəsində olan “Ford Fusion” minik markalı, **- PL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə törədildiyi, inzibati xəta haqqında protokolda isə inzibati xətanın ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs istifadəsində olan “Mercedes Benz C180” minik markalı, **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə törədildiyi qeyd edilmişdir. Göründüyü kimi sənədlərdə olan ziddiyyət səbəbindən inzibati xətanın kim tərəfindən, hansı avtomobil ilə törədilməsi, o cümlədən işə mahiyyəti üzrə baxılması və obyektiv nəticəyə gəlinməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, protokol ciddi hesabat sənədi olduğundan onun tərtib olunmasında qanunvericiliyin müddəalarına ciddi əməl edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla inzibati xəta haqqında işdə olan xx.xx.2023-cü il tarixli EQ 11592582 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar arasında ziddiyyət olduğundan inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması və obyektiv nəticəyə gəlinməsi yetərli olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-590/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-590/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver