Məhkəmə qərarları › İş №3(125)-591/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-591/2022

17.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-591/2022 17.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi AbdullayevTofiq Mobil oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi AbdullayevTofiq Mobil oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 14 sentyabr 2022-ci il tarixli MN ******* saylı protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022ci il tarixdə saat 19:30-da narkotik vasitə istifadə etməkdə şübhəli olduğu üçün saxlanılmış və Polis İdarəsində keçirilən baxış zamanı üzərindən təmiz çəkisi 0.116 qr olan narkotik maddə marixuana aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi AbdullayevTofiq Mobil oğlu protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, R.X2 Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, son iki ildə narkotik vasitədən istifadə etmişdir və hazırda həmin vasitələrdən istifadə etmir. Üstündə aşkar edilən narkotik vasitənin isə əynində olan gödəkçənin cibində olduğunu unutmuşdur. Şəxs arvadının xəstə, oğlunun hərbi xidmətdə olmasının nəzərə alınaraq və inzibati məsuliyyətə cəlb edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: 16 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallarda cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin aidiyyatı əməkdaşına göndərilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitənin əldə edilməsi və saxlanılmasında şübhəli şəxs qismində xx.xx.2022-ci il saat 18:00-dan tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Şəxs hüquqları izah edildikdən sonra onun üzərinə şəxsi axdarış keçirilmiş və şəxsi axtarış zamanı Şəxs üzərindən əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd metal rəngli falqada büküm aşkar olunmuşdur. Həmin bükümün içərisində narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli spesifik qoxuya malik kütlə aşkar olunmuşdur. Şəxs həmin bükümü yaşadığı evin yaxınlığında küçədən tapmış, özü narkotik vasitə aludəçisi olduğundan, həmin kütləni heroin olduğundan öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Bölməsinin 15 sentyabr 2022-ci il tarixli, 16/1110 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü kağız bükümdə olan 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 0.116 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinin 1(125)-134/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şəxs qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq olmayan miqdarda əldə edərək üzərində saxlamış və daşımışdır. Buna görə də Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını, habelə Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinin 1(125)-134/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildikdən qısa müddət sonra həmin şəxs tərəfindən yeni inzibati xəta törədilməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinin 1(125)-134/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyata götürülməsi nəzərdə tutulduğundan Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyac olmasının məhkəmədə təkrar araşdırılmasına zərurət görülmür. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 15 sentyabr 2022-ci il saat 18:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar