Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-593/2022 27.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 10302217 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X7 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin onun barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli EQ 10302217 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X7 izahatında bildirdi ki, “QAZ 24” minik markalı “**-CO-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobili 2013-cü ildə rəsmi notariat ofisi vasitəsi ilə etibarnamə əsasında digər şəxsə - X2 və həmin vaxtdan avtomobil heç vaxt onun istifadəsində olmamışdır. Həmin avtomobilə dair sonuncu etibarnamə isə X3 verilmişdir. Lakin, buna baxmayaraq, həmin avtomobilə görə onun barəsində DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 10302217 nömrəli xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar avtomobili idarə edən şəxsin özünə aid edilməlidir. DİN Baş Dövlət Yol Polis İdarəsinin, İXM-nin 339.1-1-ci maddəsinə əsasən tərtib etdiyi EQ 10302217 nömrəli xx.xx.2022-ci il tarixli qərarı əsasında 50 manat məbləğində cərimə edilməsi ilə bağlı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 10302217 nömrəli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:26 radələrində “QAZ 24” minik markalı **-CO-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 339.1-1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X7 həmin maddə ilə təqsirli bilinərək, 50 manat cərimə edilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışlardan görünür ki, X7 tərəfindən “QAZ 24” minik markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək hüququ da daxil olmaqla, digər hərəkətləri etməyə dair etibarnamə xx.xx.2013-cü il tarixdə X8 verilmiş, sonuncu dəfə isə həmin avtomobilə dair etibarnamə xx.xx.2013-cü ildə X3 verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7.-ci maddəsinə əsasən barəsində bu məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından və məhkəmə iclasında şikayət verən şəxsin izahatından görünür ki, X4 barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi tarixdə ona məxsus olan “QAZ 24” minik markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili faktiki olaraq o idarə etməmişdir. Belə ki, həmin avtomobil sonuncu dəfə etibarnamə verilən X5 və ya başqa şəxs tərəfindən idarə edilmiş və yuxarıda isnad edilən inzibati xəta da məhz onun tərəfindən törədilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X6 məxsus olan “QAZ 24” minik markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən deyil, digər şəxs tərəfindən idarə edilməsi məhkəmə iclasında öz təsdiqini tapdığından, X4 barəsində qəbul edilmiş şikayətdə göstərilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X7 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 10302217 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. xx.xx.2022-ci il tarixli EQ 10302217 nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzibati xətanı törətmiş şəxsin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-593/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-593/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver