Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-594/2022 19.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər DYPŞ-nin polis mayoru X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs X7 protokolda qeyd olunanları təsdiq edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində X3 idarə etdiyi X14 115 CDİ markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən sürücülük hüququ olmadan Şəxs idarə etdiyi VAZ-21074 markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticə VAZ 21074 markalı avtomobilin sürücüsü Ülvi Tağızadə başın əzilməsi xəsarəti alaraq Gəncə şəhər 3 saylı xəstəxanaya müraciət etmişdir. Şəxs barəsində baş vermiş hadisə ilə bağlı inzibati araşdırma aparılmış və protokol tərtib edilmişdir. Hazırda sığorta şirkəti tərəfindən dəymiş zərər zərərçəkmiş şəxsə ödənilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində sürücülük hüququ olmadan atasına məxsus VAZ-21074 markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Heydər Əliyev prospektində yolun sağ hissəsində təxminən 50- 60 km/saat sürətlə hərəkətdə olan zaman mobil telefona başı qarışmış , qarşıda dayanan avtomobili görməmiş, ara məsəfasi az olduğu üçün əyləci sıxsa da, idarə etdiyi avtomobil qarşıda dayanan X14 115 CDİ markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuşdur. Toqquşma nəticəsində o, yüngül dərəcəli xəsarət almış, qarşı tərəfdəki avtomobilin sürücüsü xəsarət almamışdır. O, avtomobili atasının icazəsi olmadan götürmüş, etdiyi əməldə özünü tam təqsirli bildiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı sığorta şirkətinin ödədiyini, Vətən müharibəsində iştirak etdiyini və İİİ dərəcəli müharibə əlili olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan: - 17 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, sürücü X8 xx.xx.2022-ci il tarixdə saat 10 radələrində idarə etdiyi VAZ-21074 markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman avtomobillər arasında araməsafəni düzgün saxlamadığı üçün avtomobilin qabaq tərəfi ilə onunla eyni istiqamətdə hərəkət edən sürücü X1 idarə etdiyi X14 115 CDİ markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq toqquşmuşdur. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərə vurulduqda cinayət məsuliyyəti yaradır. Qeyd olunan yol-nəqliyyat hadisəsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsi ilə rədd edilmişdir. - 17 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs atası X6 məxsus VAZ 21074 markalı ** FV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili onun razılığı olmadan, ona xəbər vermədən idarə etmişdir. Lakin Şəxs X4 doğma oğludur və həmin avtomobil onların birgə mülkiyyətindədir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət işinin Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsi ilə rədd edilmişdir. - Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, VAZ 21074 markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil X14 115 CDİ markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə Gəncə şəhəri, H.Əliyev prospektində baş vermişdir. Sxemi hal şahidləri Əliyev və Hüseynov imzalamışlar. - zərərçəkmiş X1 izahatından görünür ki, o, X14 115 CDİ markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində idarə etdiyi avtomobil ilə Gəncə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman, arxa tərəfdən yüksək sürətlə VAZ 21074 markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş və onun avtomobili ilə arxadan toqquşmuşdur. Hadisə zamanı digər avtomobilin sürücüsü yüngül xəsarət almış, Hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerini müayinə etdikdən sonra avtomobilləri müvvəqqəti duracağa yerləşdirmişlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiz VƏ Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 1328 saylı ekspert rəyində göstərilmişdir ki, 1997-ci il təvəllüdlü vətəndaş X5 məhkəmə-tibbi müayinəsinə və təqdim olunan tibbi sənədlərə əsasən vətəndaş X5 bədənində xəsarət müəyyən edilməmişdir. - 29 iyul 2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X5 alkoqol sərxoşluq vəziyyəti yoxdur (ayıqdır). - 29 iyul 2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X1 alkoqol sərxoşluq vəziyyəti yoxdur (ayıqdır). Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda onun Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.1, maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxdığından, məhkəmə yalnız Azərbaycan Respublikasının İXM-nin 332.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Belə mövqe ondan irəli gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir.” İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, Vətən müharibəsində iştirak etməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-594/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-594/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver