Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-595/2022 29.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsini hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 etibarnamə üzrə nümayəndəsi icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 2002-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tələbə, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 29, mənzil 16-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respiblikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Göygöl Rayon Polis Şöbəsinin 05 fevral 2022-ci il tarixli ******* saylı və Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 23 may 2022-ci il tarixli ******* saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən 19 sentyabr 2022-ci il tarixdə inzibati xəta haqqında MN №1054792 nömrəli protokol tərtib olunaraq, baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 etibarnamə üzrə nümayəndəsi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirdi ki, Göygöl Rayon Polis Şöbəsinin 05 fevral 2022-ci il tarixli ******* saylı icra sənədinə əsasən borclu Şəxs 4.000 (dörd min) manat məbləğində, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 23 may 2022-ci il tarixli ******* saylı icra sənədinə əsasən borclu Şəxs 1.500 (min beş yüz) manat məbləğində cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədlərinin icrası ilə bağlı borcluya tələbin könüllü icrası haqqında bildiriş verilməsinə, xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu icra sənədi üzrə cəriməni ödəməmişdir. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədinin icrasından dolayı yolla boyun qaçırır. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, maddi imkanı olmadığı üçün, tələbə olduğu üçün barəsində olan cəriməni ödəməyə imkanı çatmır. Səmimi etiraflarını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh növünün təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Göygöl Rayon Polis Şöbəsinin 05 fevral 2022-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 23 may 2022-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin 05 fevral 2022-ci il tarixli ******* saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmış və eyni tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 23 may 2022-ci il tarixli ******* saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq və xx.xx.2022-ci il tarixlisonuncu xəbərdarlıqdan görünür ki, Şəxs barəsində olan icra sənədini 10 gün müddətində icra etməyəcəyi təqdirdə Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətiriləcəyi barədə xəbərdarlıqlar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” Qərardan görünür ki, yuxarıda göstərilmiş iki icra sənədi bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Bununla da məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs səmimi etirafını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs barəsində Göygöl Rayon Polis Şöbəsinin 05 fevral 2022-ci il tarixli ******* saylı və Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 23 may 2022-ci il tarixli ******* saylı icra sənədinin icrasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 160 (bir yüz altmış) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs barəsində Göygöl Rayon Polis Şöbəsinin 05 fevral 2022-ci il tarixli ******* saylı və Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 23 may 2022-ci il tarixli ******* saylı icra sənədinin icrasına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-595/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-595/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver