Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-596/2022 19.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X3 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə gəlib, onu Polis İdarəsinə aparmaq istədikləri vaxt, o həmin vaxt narkotik vasitə qəbul etdiyindən qorxduğu üçün onlardan qaçmaq istəmişdir, lakin polis əməkdaşları onu saxlayaraq Polis İdarəsinə aparmışlar. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş və onlara qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Odur ki, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə polis sahə rəisi Nicat Hüseynov və əməliyyat müvəkkili Sabir Hüseynov ilə xidmətdə olan zaman dələduzluq etmiş Gəncə şəhəri, Bayan küçəsində yaşayan Şəxs evində qaçıb gizlənmiş X2 yaxalayan zaman narkotik vasitə aludəçisi Şəxs qaçmağa çalışmışdır. Bu səbəbdən onu tutub müvafiq tədbirlərin görülməsi üçün Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 digər şahid X4 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli 19 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhər polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normadan göründüyü kimi, ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polisin istənilən tələbinə deyil, yalnız qanuni tələbinə tabe olmama inzibati məsuliyyətə səbəb olur. Hazırki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında olan zaman polis əməkdaşları onun yaşadığı evə gələrək onu polis İdarəsinə aparmağa cəhd edən zaman, o, həmin vaxt narkotik vasitə istifadə etdiyindən polis qorxduğundan qaçmaq istəmiş, lakin buna nail ola bilməmiş, polis əməkdaşları onu tutaraq polis bölməsinə aparmışlar. Bu zaman onlar arasında heç bir mübahisə və münaqişə yaranmamışdır. Polis əməkdaşları tərəfindən Şəxs qarşı hər hansı qanuni tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi)müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə polis əməkdaşının Şəxs qarşı hər hansı formada “qanuni tələb” irəli sürməsini, onu nizam intizama dəvət etməsini təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınsa ki, hadisə vaxtı Şəxs özünün bildirdiyinə görə narkotik vasitə qəbul etdiyindən, polis əməkdaşları evinə gəldikdə onun həmin vaxt polis əməkdaşlarından qaçmaq istəməsi təbii refleks kimi qəbul edilməlidir. Polis əməkdaşları isə bu zaman öz vəzifə salahiyyətlərini yerinə yetirərək qaçmağa cəhd edən şəxsi yaxalamış, bu zaman isə Şəxs onlara qarşı hər hansı qanunsuz hərəkət etməmişdir. Hadisə vaxtı polis əməkdaşları Şəxs qarşı hər hansı “qanuni tələb” irəli sürməmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, baş vermiş hadisədə İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(125)-596/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-596/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver