Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-597/2022 20.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 38, mənzil 19-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 19 sentyabr 2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs 22 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 400 manat dəyərində “Redmi” markalı mobil telefonu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 protokolda qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək, bildirdi ki, protokolda göstərilən əməl həqiqətən də onun tərəfindən törədilmişdir. O, törətdiyi dələduzluq əməlindən peşmandır və hazırda iş üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyərək onunla barışmışdır. Buna görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirdi ki, hazırda Şəxs ona dəymiş ziyanı ödədiyi üçün onunla barışmışdır və ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin baş təhqiqatçısının xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd 400 manat dəyərində “Redmi” markalı mobil telefonun dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 18 sentyabr 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 18 sentyabr 2022-ci il tarixdə 17:00-da inzibati qaydada tutulmuşdur. Şəxs dələduzluq yolu ilə özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və zərərçəkmiş şəxsin izahatı ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351- 1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və onunla barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-597/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-597/2022
20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver