Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-6/2022 10.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri N.A.Mikrosov adına 19 saylı tam orta məktəbdə ingilis dili müəllimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)-113/2020 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən (hakim C.Tağıyev) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Zərərçəkmiş şəxs şikayət vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-302/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən (hakim T.Muxtarov) şikayət qismən təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)-113/2022 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə geri göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-6/2026 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən (hakim Z.İmanov) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs şikayət vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-481/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən (hakim E.Xasməmmədov) şikayət qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 3(125)-6/2022 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2(043)-2933/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 11380 manat sabit pul məbləği alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə göstərilən borcundan 500 manat ödəmişdir. Hal-hazırda borclu Şəxs tələb üzrə heç bir ödəniş olunmamışdır. Borclu Şəxs icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədində göstərilən borcunu inkar etmir, lakin həmin borcu birdəfəlik ödəmək üçün maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. O, bugünədək tələbkara 1500 manat ödəniş etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə 500 manat, 2022-ci ilin iyun ayında isə 1000 manat ödəniş etmişdir. O, Gəncə şəhər 19 saylı tam orta məktəbdə müəllimə işləməklə 388 manat əmək haqqı alır. Dəfələrlə icra sənədi üzrə borcun əmək haqqına yönəldilməsini xahiş etsə də tələbkar bununla razılaşmayaraq borcun birdəfəyə ödənilməsini tələb etmişdir. 388 manat əmək haqqından başqa heç bir gəliri yoxdur. Himayəsində olan uşaqların saxlanması üçün 200 manat aliment alır. Borcunun əmək haqqına yönəldilməsi və aldığı 388 manat əmək haqqını bütövlükdə tələbkara ödəməyə etiraz etmir. Dəfələrlə bu barədə icra məmuruna bildirsə də, tələbkar bununla razılaşmamışdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq, barəsində başlanılmış inibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs ona olan borcunu tam şəkildə ödənilməsini tələb edir, lakin o, borcunu hissə-hissə icra edir. Belə ki, o, ona olan borcundan 500 manat 2021-ci ilin dekabr ayında, 1000 manat isə 2022-ci ilin iyun ayında ödəniş etmişdir. Borclunun aylıq qazancı borcunu tam şəkildə ödəməsinə kifayət etsə də, o borcunu tam şəkildə icra etməkdən qərəzli olaraq yayınır. Odur ki, onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. Səlahiyyətli orqanın nümayəndəsi (icra məmuru) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqan nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-2933/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 11380 (on bir min üç yüz səksən) manat məbləğində pul və məhkəmə xərci qismində 30,40 manat (otuz manat qırx qəpik) tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-2933/2021 saylı icra sənədi üzrə icra məmuru tərəfindən aparılmış araşdırma nəticəsində borclunun mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmiş, lakin borclunun müəllimə işlədiyi və aylıq 448,33 manat məbləğində əmək haqqı aldığı müəyyən edilmişdir, lakin icra məmuru tərəfindən tələbin həmin əmək haqqına yönəldilməsinə dair heç bir icra hərəkəti həyata keçirilməmişdir. İcra haqqında qanunun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunun aylıq əmək haqqına yönəldilməkdə icra etməyə razı olsa da, tələbkar bununla razılaşmamışdır. Bundan başqa, o, yaranmış borcundan hissə-hissə ödənişlər etmişdir və bugünədək icra sənədi üzrə borcundan 1500 manat ödəniş etmişdir. Göründüyü kimi, borclu borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, borclu işləməklə müəyyən məbləğdə əmək haqqı alır və tələb üzrə tutmanın onun əmək haqqına yönəldilməsinə etiraz etmir. Buna baxmayaraq, icra məmuru tələbin borclunun əmək haqqına yönəldilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-6/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-6/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver