Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-6/2025 24.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qzının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X8, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X8 müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X17 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X1 müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X17 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayətçinin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ƏƏSMN yanında X20 Xidmətinin Gəncə-Daşkəsən Regional şəbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərara əsasən X14 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə (Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə) görə 3500 manat məbləğində cərimə olunmuşdur. Bildirir ki, X8 barəsində qəbul edilmiş qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, qərara görə guya X3 rayonu, Yeni Zod kəndi ərazisində yerləşən “Beş Ulduz” restoranını işlədən zaman Əmək Məcəlləsində nəzərdə zutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Lakin, sözügedən restoran yalnız yay aylarında, yəni mövsümi olaraq fəaliyyət göstərir. Pozuntunun qeydə alındığı vaxt, yəni mart ayında isə hava şəraiti ilə əlaqədar olaraq restoranın fəaliyyət göstərməsi mümkünsüzdür, (həmin vaxt restoranın fəaliyyət göstərməməsi barədə müvafiq sənədlər məhkəməyə təqdim ediləcəkdir) Ona görə də məntiqi olaraq həmin vaxt X8 hər ransı şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməyi qeyri-mümkündür. Buna baxmayaraq, nə qədər absurd da olsa X20 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsində hər hansı bir araşdırılma aparılmadan sözügedən qanunsuz qərar qəbul edilmişdir. Qeyd edir ki, sözügedən sestoran yalnız yay aylarında, yəni mövsümi olaraq fəaliyyət göstərir. Pozuntunun qeydə alındığı vaxt, yəni mart ayında isə hava şəraiti ilə əlaqədar olaraq restoranın fəaliyyət göstərməsi mümkünsüzdür. Ona görə də hesab edir ki, X8 barəsində olan qərar tamamilə qanunsuz və əsassızdır. Bu səbəbdən həmin qərardan şikayət vermək məcburiyyətində qalmışdır. Bildirir ki, X3 rayonu, H.Əliyev prospekti, ev 42 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ünvan 2vanında yaşayır. Buna baxmayaraq, sözügedən qərar tamamilə başqa bir ünvana, ünvan 3 çatmamışdır. Qərardan isə yalnız xx.xx.2024-cü il tarixdə təsadüfən məlumatı olmuşdur. Buna görə də o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmin şikayət üzrə Gəncə Şəhər Məhkəməsinin 3(125)-1791/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə şikayət təmin edilmiş və sözügedən qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Bundan sonra X20 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X4 Şəhər Məhkəməsinin 3(125)-1791/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından Gəncə Apellyasiya Məhkəməsinə şikayət etmiş və Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-488/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən şikayət qismən təmin olunaraq iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən şikayət təmin olunmuş və xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Daha sonra Azərbaycan Respublikası ƏƏSMN yanında X20 Xidməti tərəfindən Gəncə Şəhər Məhkəməsinin 3(125)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından Gəncə Apellyasiya Məhkəməsinə şikayət edilərək MN ******* nömrəli qərarın qüvvədə saxlanılmasını xahiş etmiş və Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-213/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayəti qismən təmin edərək işə yenidən baxılmas üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Məhkəməsində işə yenidən baxılarkən müəyyən edilmişdir: Məhkəmə iclasında şikayətçi X14 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək bildirmişdir ki, o, sahibkar kimi “Qızıl Qaya” restoranında fəaliyyət göstərmiş, “Beş Ulduz” restoranı ilə heç bir əlaqəsi olmamışdır. O, Şücaət Paşayevi tanımadığını və onu hər hansı işə cəlb etmədiyini bildirmiş və barəsində qəbul edilmiş 16 aprel 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə çıxışında “Beş Ulduz” restoranın kimə məxsus olması, vergi ödəyicisinin kim olması barədə məlumatı olmadığını, həmin restoranın hüquqi şəxs olmadığını, lakin fiziki şəxsin adına formalaşaraq reklam xarakterli fəaliyyət göstərdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, məsələ ilə bağlı hər hansı araşdırma aparılmamış, yalnız prokurorluqda verilmiş izahatlara əsasən Sevinc Xəlilova barəsində inzibati tenbeh vermə haqqında qərar tərtib edilmişdir. O, 16 aprel 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qüvvədə qalmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə barəsində 3500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. - inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarda vəzifəli şəxs X14 - Göygöl rayonu, Yeni Zod kəndi ərazisində yerləşən özünə məxsus “Beş Ulduz” restoranında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X9 2023-cü ilin sentyabr ayından etibarən kababçı kimi işə qəbul edilib həmin restoranda işlərin görülməsinə cəlb etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmiş, vəzifəli şəxs X14 (FİN: 56XGV27), (VÖEN: **********) –barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün X20 Xidmətinin X5 göndərilməsi qərara alınmışdır. - Göygöl rayon X21 verilmiş xx.xx.2024-cü il tarixli, 65 nömrəli arayışdan görünür ki, Yeni Zod bələdiyyəsi ərazisində X11 məxsus yeməkxana mövsümi olaraq qış aylarında işləməyib. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Vergilər Baş İdarəsinin Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış məktubundan görünür ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri məlumatlarına əsasən “Beş Ulduz” adlı hüquqi şəxsin mövcud olmadığı aşkar edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Göygöl rayonu, Yeni Zod kəndində yerləşən “Beş Ulduz” restoranın vergi ödəyicisi X6 (VÖEN: **********) adına qeydiyyata alınıb, mövsümlə əlaqədar olaraq fəaliyyəti dayandırılmışdır. Həmin restoran “Yerlərin icarəsi” adı ilə vergi orqanında **********-76001 kodla təsərrüfat subyekti (obyekti) kimi qeydiyyata alınmışdır. - xx.xx.2025-ci il tarixli 3-13-57-4/2-7056/2025 saylı Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Şöbəsindən daxil olmuş məktubdan görünür ki, şahid X7 məhkəmə iclasında məcburi iştirakının təmin edilməsi ilə bağlı Gəncə şəhər Məhkəməsinin 3(125)-6/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarın icrası sonuncunun yaşadığı ünvanda olmaması səbəbindən məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə bundan əvvəlki Gəncə Şəhər Məhkəməsinin 3 (125)-6/2025 saylı xx.xx.2025-ci il tarixli) qərarı qəbul edilən zaman prokurorluq orqanı tərəfindən izahatları alınmış X10 və X2 məhkəmə iclasında şahid kimi çağırılıb dindirildikləri üçün onların yenidən məhkəmə iclasına çağırılıb dindirilməsinə zərurət yoxdur. (hər iki şahid məhkəmə iclasında ifadələrində X8 “Qızıl Qaya” restoranın sahibkarı olmasını bildirmiş, “Beş Ulduz” restoranın və “Qızıl Qaya” restoranın fərqli ərazilərdə olduqlarını, onların bir biri ilə əlaqəsi olmadığını, materiallarda qeyd edilən hadisənin isə “Beş Ulduz” restoranında baş verməsini, Paşayev Şücaətin ümumiyyətlə “Qızıl Qaya” restoranında işləmədiyini qeyd etmişlər.) Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını məhkəmə iclasında toplanmış sübutlarla birlikdə əhatəli şəkildə araşdıraraq hesab edir ki, X20 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, işin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarda vəzifəli şəxs X14 - Göygöl rayonu, Yeni Zod kəndi ərazisində yerləşən özünə məxsus “Beş Ulduz” restoranında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X9 2023-cü ilin sentyabr ayından etibarən kababçı kimi işə qəbul edilib həmin restoranda işlərin görülməsinə cəlb etdiyi, bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilsə də, həmin fakt məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və təqdim edilmiş sənədlərlə təkzib olunur. Belə ki, S.Xəlilovanın izahatından görünür ki, inzibati xəta Göygöl rayonu, Yeni Zod kəndi ərazisində yerləşən “Beş Ulduz” restoranında baş vermiş və X8 isə həmin restoran ilə heç bir əlaqəsi yoxdur. O, “Beş Ulduz” restoranı ilə qonşuluqda yerləşən “Qızıl Qaya” restoranının sahibkarıdır və həmin restoran isə mövsümi olaraq fəaliyyət göstərmişdir. Bundan əlavə də qərarda adı qeyd edilmiş X7 da “Beş ulduz” restoranında işlədiyi göstərilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Vergilər Baş İdarəsinin Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış məktubundan görünür ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri məlumatlarına əsasən “Beş Ulduz” adlı hüquqi şəxsin mövcud olmadığı aşkar edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Göygöl rayonu, Yeni Zod kəndində yerləşən “Beş Ulduz” restoranı vergi ödəyicisi X6 (VÖEN: **********) adına qeydiyyata alınıb, mövsümlə əlaqədar olaraq fəaliyyəti dayandırılmışdır. Həmin restoran “Yerlərin icarəsi” adı ilə vergi orqanında **********-76001 kodla təsərrüfat subyekti (obyekti) kimi qeydiyyata alınmışdır. O cümlədən X14 tərəfindən əmək qanunvericiliyinin pozulmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən onun İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Belə ki, “Beş Ulduz” restoranı X14 ilə heç bir əlaqəsi olmadığı halda o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar formal olaraq Göygöl rayon prokurorluğunun “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar əsasında qəbul edilmiş, X8 barəsində inzibati tənbeh tətbiq edilərkən X20 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, araşdırma zamanı işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görülməmiş, şahidlər dindirilməmiş, zəruri hallar yoxlanılmamış, araşdırılması zəruri olan xüsusatlar tədqiq olunmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar tam, obyektiv və hərtərəfli araşdırılmalı, bütün zəruri tədbirlər görülməli və sonda fakta düzgün olaraq hüquqi qiymət verilib, müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur Həmin məcəllənin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə hesab edir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə- Daşkəsən Regional şöbəsinin rəisi X15 tərəfindən X14 barəsində qəbul edilmiş 16 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə həmin qərarı qəbul etmiş orqan tərəfindən yenidən baxılmaması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti X5 göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X8 inzibati qaydada tənbeh edilməsinə dair Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin rəisi X15 tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti X5 göndərilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-6/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-6/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver