Məhkəmə qərarları › İş №3(125)-600/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-600/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-600/2022 19.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Daxili İşlər Nazirliyi BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Əmrah Fikrət oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində X1 Elxan Hümbət oğlu barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin baş əməliyyat müvəkkili Əmrah Fikrət oğlu izahat verərək bildirdi ki, 16 sentyabr 2022-ci il tarixdə saat 16-da Şəxs qanunsuz olaraq satış məqsədi olmadan psixotrop maddə metamfetamin əldə edib istifadə etmişdir. Ona görə də Şəxs barəsində haqlı olaraq Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə 19 sentyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, ailəsi ilə birlikdə Qazax şəhərində yaşayır. Təxminən 1-2 aydır ki, arabir psixotrop maddə metamfetamin istifadə edir. 15-20 gün əvvəl Qazax rayonunda yaşayan şəxsiyyəti barədə heç bir məlumatı olmayan şəxsdən 20 manata bir ədəd bükümdə psixotrop maddə metamfetamin əldə edərək həmin psixotrop maddəni Qazax rayonunda çəkərək qəbul etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından və iş materiallarından da görünür ki, Şəxs Qazax rayonunda qeydiyyatda olmaqla orada yaşayır və o, Qazax rayonu Qazaxbəyli kəndində yolun kənarında saxlanılaraq BNMİ QBRŞ-ya gətirilmişdir. Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı Qazax rayonu ərazisində törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işin baxışı zamanı əgər məhkəmə İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən işin həmin məhkəmənin aidiyyatında olmaması halını müəyyən edərsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 110, 114-cü maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar