Məhkəmə qərarları › İş №3(125)-617/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-617/2022

04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-617/2022 04.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 218-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Qərarda qeyd edilmişdir ki, Şəxs MMC –nin direktoru Topaktaş Tulin tərəfindən xx.xx.1978-ci il təvəllüdlü X1 göz ətrafı dərisinə “Plazmapen” proseduru icra edilməsi zamanı kosmetoloji xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərini pozulmuşdur. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 218-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar düzgün tərtib edilməmişdir. Ona görə də qərar və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsində tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə fiziki şəxsin, vəzifəli şəxsin və hüquqi şəxsin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda Şəxs Azərbaycan Respublikası İXM-in 218-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərkən inzibati xətanın mahiyyəti, yəni universal təhlükəsizlik tədbirlərinin nədən ibarət olması və hüquqi şəxs tərəfindən həmin universal təhlükəsizlik tədbirlərindən hansı(lar)nın pozulması dəqiq göstərilməmiş, qərarda yalnız İXM-in 218-ci maddəsinin dispozisiyası köçürülməklə kifayətlənilmişdir. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilir ki, universal təhlükəsizlik tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əksepidemik qaydalar olaraq, tibbi və digər xidmətlər göstərilərkən qan və digər bioloji mayelərlə kontakt riskinin azaldılması üçün tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Həmin Məcəllənin 100.1.4-cü maddəsində isə göstərilir ki, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 54, 100 və 109cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar