Məhkəmə qərarları › İş №3(125)-618/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-618/2022

28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-618/2022 28.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, Gəncə şəhər prokurorunun köməkçisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X11 nümayəndəsi və vəkili X12 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xətalar haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Prokurorluğundan vətəndaş X3 əmək müqaviləsi olmadan əməyə cəlbi ilə bağlı Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərar və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Prokurorluğuna müraciət edərək "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək müqaviləsi olmadan xadimə vəzifəsində çalışmasını, heç bir səbəb olmadan işdən qovulmasını və əmək kitabçasının ona qaytarılmamasını bildirmişdir və Şəxs MMC barəsində tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı alınmış izahatlara və iş materiallarına əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC-nin əməllərində Azərbaycan Respublikası CM-nin 162-1.1-ci (xeyli sayda, yəni, on nəfər və ondan çox olan işçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2022ci il tarixli Qərarla rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Həmin material və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022ci il tarixli Qərar nəzarət qaydasında öyrənilmiş və toplanmış material üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci Əmək qanunvericiliyinin pozulması maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəb və əsasların mövcud olması müəyyən edilmişdir. Belə ki, material üzrə araşdırma zamanı izahatı alınmış X7 bildirmişdir ki, təmizlik işləri görərək ailəsini dolandırır. O, 2022-ci ilin iyul ayında xadimə vəzifəsinə işə düzəlmək üçün Şəxs-ə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Şəxs-in otel müdiri Elmar Bağırov istifadəsində olan “***-***-**-**” saylı mobil nömrədən onun istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə zəng edərək onun işə qəbul olunduğunu bildirmişdir və onu işə çağırmışdır. xx.xx.2022-ci il tarixdə o, Şəxs-ə işə getmişdir və xadimə vəzifəsində işə başlamışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə o əmək müqaviləsi olmadan çalışmışdır və onunla xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. O hər gün iş yeri tərəfindən ona verilən köynəyi iş geyimi olaraq geyinmişdir. xx.xx.2022-ci il tarixdə o işə gələrkən iş geyiminin yerində olmadığını görmüşdür və bu barədə rəhbərliyə məlumat verərək iş köynəyinin oğurlandığını demişdir. Elmar Bağırov ona başqasına məxsus çirkli və tərli köynəyi verərək həmin köynəyi geyinməsini bildirmişdir. O isə həmin köynəyin başqasına məxsus olduğunu, həmin köynəyin çox çirkli və tərli olduğunu və pandemiya dövrü olduğu üçün həmin köynəyi geyinə bilməyəcəyimi bildirmişdir. Elmar Bağırov ona köynəyini oğurlayanın yaxşı etdiyini, onun göstərişlərinə tabe olmalı olduğunu və həmin çirkli köynəyi geyinməsini bildirmişdir. Əks halda onu işdən qovacağını bildirmişdir. O isə ona həmin köynəyi geyinə bilməyəcəyini, özündə həmin iş köynəyinə oxşar köynək olduğunu həmin köynəyi geyinə biləcəyini bildirmişdir. Elmar Bağırov isə ona işdən qovulduğunu bildirmişdir. Bundan sonra ona könüllü şəkildə ərizə yazıb işdən çıxmasını bildirmişdir. O isə işdən çıxmaq istəmədiyini və onu əsassız yerə işdən qovduğunu və əmək hüquqlarını pozduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə o yenidən Şəxs-ə işə gəlmişdir. Elmar Bağırov ona yenidən könüllü şəkildə ərizə yazıb işdən çıxmağını bildirmişdir və onu yenidən işdən qovmuşdur. O isə xx.xx.2022-ci il tarixdə prokurorluğa ərizə yazaraq şikayət etmişdir. 07.09 2022-ci il tarixdə Şəxs MMC-dən ona məktub gəlmişdir və bildirilmişdir ki, guya o xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə səbəbsiz olaraq işə getməmişdir. Halbuki o işə getsə də, onu əsassız olaraq işdən qovmuşlar. Bu səbəbdən o işə gedib işləyə bilməmişdir. xx.xx.2022-ci il tarixdə Şəxs MMC-də çalışan kadr işlərinə baxan şəxs ona zəng edərək onu işə çağırmışdır. O işə getdikdə otelin rəhbər şəxsləri ona öz xoşu ilə işdən ərizə yazıb çıxmağını bildirmişdir. Əks halda onu əmək məcəlləsıni pozmaqla işdən çıxaracaqlarını və bir daha heç bir yerdə işə düzələ bilməyəcəyini bildirmişlər. O, Şəxs MMC-də çalışdığı dövrdə razılığa görə gündəlik 10 manat, aylıq 300 manat əmək haqqı almalı imiş. Əmək müqaviləsiz çalışdığı 18 günün əvəzində o 180 manat pul almışdır və həmin pul ona əlbəəl verilmişdir. Lakin sonradan onun əmək haqqının artırıldığı bildirilmişdir və ona avqust ayı üçün 350 manat əmək haqqı ödənilmişdir. xx.xx.2022-03.09 2022-ci il tarixlərdə işlədiyinə görə əmək haqqı almamışdır. Şəxs MMC ona işlədiyi 3 günə görə əmək haqqı ödəməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması Məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi X9 izahat verərək bildirdi ki, iş materiallarında Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, həm inzibati xəta üzrə icraatın iştirakçılarının izahatları, həm də iş materiallarına əlavə edilmiş sübutlarla əməl tam olaraq sübuta yetirilir. Ona görə də, məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X11 nümayəndəsi və vəkili X19 izahat verərək bildirdi ki, X2 Aygül Nizaməddin qızını tanıyır. O hoteldə təmizlikçi kimi fəaliyyət göstərmişdir. Belə ki, o, 12 iyul 2022-ci il tarixdə iş üçün Şəxsə müraciət etmiş, lakin ona əmək müqaviləsinin 3 avqust tarixdən rəsmiləşdiriləcəyi bildirilərək, həmin tarixdən işə çağırılacağını demişlər. Bundan sonra X3 hotelin digər işçiləri ilə münasibəti yaranmış və onların yanına daimi gəlib getmişdir. Hansısa işlərin görülməsinə cəlb edilməmişdir. 1-2 avqust 2022-ci il tarixlərdə iş yerinə gəlmiş, işə başlamazdan öncə zəruri geyim və təmizlik vasitələri ilə təmin edilmiş, əmək funksiyaları ilə ona müvafiq izah verilmişdir. Faktiki əmək fəaliyyətinə 3 avqust tarixində başlamış, ilk günlərdə özünü nizamlı işçi kimi göstərmişdir. Lakin sonradan müxtəlif bəhanələr gətirərək əmək intizamını pozmağa başlamışdır. Sonuncu dəfə isə ona verilən köynəyin çirkli olmasını əsas gətirərək işləməkdən imtina etmişdir. Mübahisədən sonra hoteli tərk etmiş, ondan işə çıxması tələb edildikdə isə anası ilə hotelə gələrək hotel barəsində prokurorluğa şikayət verəcəyini bildirmişdir və hoteldə səs-küy yaratmışlar. Bundan sonra o prokurorluğa dəvət edilmişdir. X1 tərəfindən verilmiş ifadəni təsdiq etmir. Belə ki, həmin ifadəni Məmmədov Rasim onun barəsində cinayət işi başlanacağından qorxduğundan vermişdir. Protokolun ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 20 sentyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. 20 sentyabr 2022-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərardan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Gəncə Şəhər Prokurorluğunun 20 sentyabr 2022-ci il tarixli 593-C-22 nömrəli məktubundan görünür ki, Prokurorluq tərəfindən X16 cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə məlumat verilmişdir. Əmək kitabçası ilə Şəxs yazısı əks edilmiş yaxalığın şəklinin, gələn və gedən zənglərin və işçilərin giriş-çıxış qeydiyyat kitabının ekran görüntülərindən görünür ki, X7 tərəfindən müxtəlif vaxtlarda çəkilmiş şəkillərin və edilmiş zənglərin, işçilərin giriş-çıxış qeydiyyat kitabının ekran görüntüsü alınaraq çap edilmiş və iş materiallarına əlavə edilmişdir. Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şəxs MMC ilə X8 arasında əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmış, xx.xx.2022-ci il tarixdə isə sistemə daxil edilmişdir. Məhkəmə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərarı və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə inzibati xəta tərkibin əlamətlərinin mövcudluğu tam sübuta yetirilmədiyindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş üzrə X3 ifadəsindən görünür ki, o şikayəti ehtimal edilən pozuntunun törədilməsi zamanı deyil, məhz sonradan işdən azad edildikdən sonra hotel administrasiyasından qisas almaq üçün etmişdir. Şikayət materiallarına onun tərəfindən əlavə edilmiş ekran görüntülərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin görüntülər müvafiq sertifikasiya və ya metroloji sınaqda keçmiş texniki vasitələrin göstəriciləri olmadığından, ona müdaxilə edilib-edilməməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən iş üzrə sübut hesab edilə bilməz. Bundan əlavə, X11 nümayəndəsi X4 Rasim Eldar oğlunun məhkəməyədək ifadəsindən fərqli ifadə vermiş, X6 müqavilədənkənar işə cəlb etməsini və ona müvafiq qaydada ödəniş etməsini inkar etmişdir. Məhkəmə inzibati xəta üzrə məhəkəməyədək araşdırmanın nəticələrindən asılı deyil və hər bir halı məhkəmə iclasında əlavə olaraq araşdırır. Bu baxımdan, məhkəmə X11 nümayəndəsi X12 məhkəmə iclasındakı ifadəsini iş materiallarındakı sənədlərlə müqayisəli təhlil edərək bu nəticəyə gəlir ki, inzibati xəta əməlinin törədilməsi X12 ifadəsi və inzibati xəta üzrə iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri, tərəflərin izahatlarını və qanunvericiliyin müddəalarını təhlil edərək bu nəticəyə gəlir ki, əməldə inzibati xəta təkibinin mövcudluğu tərəflərin ifadələri və əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən törədilmiş əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar