Məhkəmə qərarları › İş №3(125)-619/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-619/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-619/2022 21.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Kəlbəcər rayonu, Zallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonu, Yanşaq ərazi dairəsi, Yanşaq kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6, 5-ci küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 1-ci Polis Şöbəsinin inizbati binasında nalayiq ifadələr işlədən zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Polis Bölməsinin inzibati binasında ucadan nalayiq ifadələr işlədən zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə 1-ci Polis Şöbəsində işləyən, əvvəllər tanıdığı təhqiqatçı Aqil Əliyevlə görüşmək üçün Şöbəyə getmişdir. Həmin vaxt onun yanında əl sumkasının içərisində plastik qutuda dizel yanacağı olmuşdur. Dizel yanacağını üzərində gəzdirməsinin məqsədi onu içib özünə qəsd etmək olmuşdur. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına yüngül zərər vurulmuş və təhqiqatçının qərarına əsasən cinayət işinin başlanması rədd edilmiş və ona bildirilmişdir ki, onu vuran avtomobilin sığortaçısı ona dəymiş zərəri ödəyəcəkdir. Sığorta şirkətinə lazımi sənədi təqdim etmək üçün dəfələrlə polis şöbəsinin təhqiqatçısına müraciət etsə də, onun müraciətlərinə cavab verilməmiş, sığorta şirkətinə təqdim etməsi üçün müvafiq sənəd ona təqdim edilməmişdir. Bu səbəbdən plastik qutuda dizel yanacağını götürərək sonuncu dəfə polis şöbəsinə getmiş və müvafiq sənəd ona verilməyəcəyi halda dizel yanacağını içərək özünə qəsd etmək istəmişdir. Polis Şöbəsinin binasına daxil olduqdan sonra polis əməkdaşları onun üzərini axtarmış, əl çantasının içərisində plastik qutuda nə olduğu soruşulduqda isə orada “su” olduğunu demişdir. Bundan sonra polis əməkdaşı onu təhqiqatçının otağına yönləndirmişdir. O, təhqiqatçı Aqil Əliyevlə söhbət edib otaqdan çıxdıqda, ona məxsus çantaya polis əməkdaşları tərəfindən baxış keçirildiyini görmüşdür. Həmin vaxt polis əməkdaşları çantanın ona aid olubolmamasını soruşduqda o, ona aid olduğunu bildirmişdir. Ondan dizel yanacağını nə üçün üzərində gəzdirdiyini soruşduqda, o, istədiyi sənədi ala bilməsə həmin mayeni içəcəyini demişdir. Bundan sonra polis əməkdaşları onunla kobud rəftar edərək onu məcburi qaydada növbətçi hissəyə apardılar. Həmin vaxt o, polis əməkdaşlarına heç bir nalayiq ifadə işlətməmiş, ictimai qaydanı pozmamış, polis əməkdaşlarına heç bir formada müqavimət göstərməmişdir. Əksinə, polis əməkdaşları onunla kobud rəftar edərək onu nalayiq ifadələrlə təhqir etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə 1-ci Polis Şöbəsində iş yoldaşı Toğrul Ellazov ilə xidmət olan zaman, oraya gələn vətəndaş adı sonradan məlum olan Şəxs üzərinə baxış keçirmiş və əlində olan çantanın içərisində olan şüşə qutu aşkar etmişlər. Onun nə olduğunu soruşduqda vətəndaş içərisində içmək üçün “su” olduğunu bildirmişdir. Sonradan onlara məlum olmuşdur ki, qutunun içərisində dizel yanacağı vardır. Bundan sonra vətəndaşdan həmin yancaqla nə edəcəyini soruşduqda, o, yanacağı içəcəyini bildirmişdir. Həmin vaxt Şəxs əsəbi şəkildə nalayiq ifadələr işlətmiş, lakin onun hansı ifadələr işlətdiyini eşitməmişdir. Bundan sonra onlar növbətçi hissəyə məlumat verib, onu növbətçi hissəyə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında digər şahid Əjdər Quliyev ilə eyni məzmunlu izahat verdi. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Polis Şöbəsininin inzibati binasında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs Polis şöbəsinin inzibati binasında ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətməsi, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, o, heç bir şəkildə ictimai qaydanı pozmamış, polisə tabesizlik göstərməmiş, polis əməkdaşlarının dəvəti ilə Polis Şöbəsinin növbətçi hissəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları da izahatlarında Şəxs konkret olaraq hansı nalayiq ifadələri işlətməsini, ictimai qaydanı hansı formada pozmasını, polis əməkdaşları tərəfindən ona hansı qanuni tələblərin irəli sürülməsini göstərə bilməmişlər. İşin faktiki hallarından görünür ki, polis əməkdaşları Şəxs əl çantasındakı mayenin dizel yanacağı olduğunu müəyyən etdikdən sonra, ondan həmin yanacağı nə üçün üzərində gəzdirdiyini soruşmuş, Şəxs isə təhqiqatçının əməlindən bezdiyini və yanacağı özünü öldürmək üçün içəcəyini bildirmişdir. Yalnız bundan sonra polis əməkdaşları onun bu davranışından ehtiyat edərək onu növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə hesab edir ki, Şəxs çantasında olan dizel yanacağını içmək məqsədi ilə üzərində gəzdirməsini bildirməsi isə özlüyündə ictimai qaydanı pozma kimi qiymətləndirilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs polis şöbəsinin inzibati binasında olarkən həqəqətən də nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozması və polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən mötəbər sübutları (səs yazısı, video çəkiliş və s.) məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar