Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-620/2023 17.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 və qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin X11 Yanğın Nəzarət İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin X11 Yanğın Nəzarət İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 800 (səkkiz yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Regional DYNİ-nin 10 mart 2023-cü il tarixli, MN ******* saylı qərarla, icarədar olduğu Gəncə şəhəri, Bayraq Meydanı küçəsində yerləşən "xxxx" MMC müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən cərimələnmişdir. Bu cərimə qanunvericiliyin tələblərinə zidd çıxarılmışdır. Belə ki, Gəncə Regional DYNİ tərəfindən heç bir müqavilə və yanğından mühafizə üçün avadanlıqların təchizatı təklifi olmamışdır. Qərara əsasən qeyd edilən maddələrin tələblərinə Gəncə Regional DYNİ-nin özü tərəfindən laqeydlilklər olmuşdur. Cərimənin yazılmasında Gəncə Regional DYNİ-nin əməkdaşlarının şəxsi maraqları olan tələbləri vardır. Qanunsuzluqlar edərək ondan tələb edilir ki, Bakı şəhərinə Gəncə Regional DYNİ-nin baş ofisinə getməlidir. Bildirmişdir ki, bu obyekt əvvəllər yaşayış sahəsi kimi olmuş, sonra isə Gəncə Regional DYNİ-nin razılaşması əsasında qeyri yaşayış sahəsinə çevrilmişdir. Belə olan halda, Gəncə Regional DYNİ-nin onu cərimələməsi qanuna ziddir. Yəni yaşayış sahəsinin, qeyri yaşayış sahəsinə çevrilərkən özlərinin razılaşmaları olduğu halda, bu cərimələnmə düzgün deyildir. Sahibkar olaraq Gəncə Regional DYNİ-nin əməkdaşları tərəfindən tələb olunan yanğınsöndürmə üçün lazım olan ləvazimatlarla təchiz edilməlidir, qabaqcadan hesab və siyahı təqdim edilməli o, isə bundan boyun qaçıracağı halda, cərimələnməsi qanuna müvafıq olardı. Hazırki dövrdə isə Gəncə Regional DYDİ tərəfindən bilə-bilə qərəzliliklər edilməklə ona aidiyatsız olaraq, 10 mart 2023-cü il tarixli, MN ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən 800 manat məbləğində cərimə yazılmışdır. Hesab edir ki, Gəncə Regional DYNİ-nin 10 mart 2023-cü il tarixli, MN ******* saylı qərarı qanunvericiliyin tələblərinə zidd olaraq çıxarılmışdır. Gəncə Regional DYNİ-nin 10 mart 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə, 800 manat cərimənin silinməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, "xxxx" MMC-də SƏTƏM – Mülki müdafiə Qərargah rəisi vəzifəsində işləyir. "xxxx" MMCnin Gəncə filialında klinika kimi fəaliyyət göstərdiyi bina icarəyə götürülüb, bu səbəbdən də onu icarəyə verən və ya icarəyə götürən şəxs inzibati cərimə edilməli olduğu halda onu inzibati cərimə ediblər. O cümlədən yoxlama keçirilən vaxt o, "xxxx" MMC-nin vəzifəli şəxsi kimi Gəncə şəhərinə gəlmiş və tam olaraq sənədləri təqdim etmiş, verilən sualları cavablandırmış və yanğınla bağlı heç bir problem olmamışdır. Yalnız binanın istismara qəbul aktının olmaması problem yaratmışdır. Yəni bina icarəyə götürüləndə qeyri-yaşayış sahəsi kimi götürülmüş, yəni icarəyə götürülən zaman qanunlara riayət olunmuşdur. Qeyd olunanların nəzərə alınmasını, şikayətin təmin edilməsini və qəbul edlmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin X11 Yanğın Nəzarət İdarəsinin nümayəndəsi X3 məhkəməyə izahat verərək bildirdi ki, "xxxx" MMC-nin Gəncə filialında (klinikada) 22-xx.xx.2023-cü il tarixdə planlı yanğın-texniki müayinə keçirilən zaman YTQ №01-2001, bənd 1.9.12 pozulması aşkar edilmişdir. Yəni Azərbaycan Respublikasında X1 1.9.12-ci bəndinə əsasən hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini X9 Orqanları ilə razılaşdırmaq, həmçinin yuxarıda adları çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara məlumat vermək lazımdır. Bu səbəbdən, həm də "xxxx" MMCnin Gəncə filialında planlı yanğın-texniki müayinə keçirilməsində iştirak etmiş və vəzifəsinə görə həmin işə birbaşa məsul şəxs olan və həmin MMC-də SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyən, vəzifəli şəxs X7 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Buna görə də inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə qərardan şikayət vermiş şəxs X4 və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin X11 Yanğın Nəzarət İdarəsinin nümayəndəsi X2 izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin X11 Yanğın Nəzarət İdarəsinin rəisi X5 oğlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin SƏTƏM üzrə mütəxəssisi, vəzifəli şəxsi X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X6 özünə məxsus Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən qeyri-yaşayış binasını 10 (on) il müddətində tibb müəsissəsi kimi istifadə edilməsi üçün "xxxx" MMC-yə icarəyə vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasında X1 1.9.12-ci bəndinə əsasən hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini X9 Orqanları ilə razılaşdırmaq, həmçinin yuxarıda adları çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara məlumat vermək. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən otaqlar yenidən planlaşdırmadıqda, onların təyinatı dəyişilidikdə və ya yeni texnoloji avadanlıqlarla təmin edildikdə, qüvvədə olan tikinti və texnoloji layihələşdirmə normalarının yanğına qarşı tələblərinə riayət olunmalıdır. Otaqları icarəyə götürdükdə, həmin binanın təyinatı üçün yanğına qarşı tələblər icarədarlar tərəfindən yerinə yetirilməlidir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən "xxxx" MMC-nin Gəncə filialında (Klinikada) 22-xx.xx.2023cü il tarixlərdə planlı yanğın-texniki müayinə zamanı YTQ № 01-2001, bənd 1.9.12 pozulması aşkar edilmiş və X7 həmin MMC-nin SƏTƏM üzrə mütəxəssisi, vəzifəli şəxsi kimi 24 fevral 2023-cü il tarixdə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin X11 Yanğın Nəzarət İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəməyə verilmiş şikayət ərizəsində, o cümlədən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 məhkəməyə verdiyi izahatında mübahisələndirilmiş məqamlar məhkəmə iclasında öz təsdiqini tapmadı. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlardan aydın şəkildə görünür ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmə işin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq, verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X4 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin X11 Yanğın Nəzarət İdarəsinin X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin X11 Yanğın Nəzarət İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-620/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-620/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver