Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-623/2022 05.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Ağdam rayonu, Mərzili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, İctimai Elmlər və Multikultiralizm kafedrasının müdiri, Gəncə şəhəri, 20 yanvar küçəsi, ev 128-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs idarə etdiyi Toyota Land- Cruiser minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Atatürk prospekti ilə hərəkətdə olan zaman hərəkətetmə qaydalarını pozmuş və ehtiyatsızlıqdan yolun sağ hissəsindən soluna tərəf piyada hərəkətdə olan X2 vuraraq sol qolunun sıyrılmış, çapılmış yarası ilə yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-nin 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, sürücülük vəsiqəsi olmaqla, Tayota Land-Cruser minik markalı **-GM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili onun öz mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə saat təxminən 10:30 radələrində işlədiyi Azərbaycan Dövlət Aqrar Universitetindən işdən çıxaraq avtomobilinə əyləşmiş və avtomobili 5-10 km/saat sürətlə idarə edərək Gəncə şəhəri Atatürk prospekti ilə hərəkətə başlamışdır. Bu zaman qarşı tərəfdə yolun sol hissəsində dayanmış tanımadığı piyada ona maşını saxlaması üçün səslənmişdir. Dərhal əyləci sıxaraq avtomobili saxlamış və avtomobildən düşən zaman sağ arxa hissədə 18-19 yaşlı qızın yerə yıxıldığını görmüşdür. Dərhal həmin qızı avtomobilə əyləşdirərək əvvəlcə Abbas Səhhət adına xəstəxanaya, sonra isə Gəncə Müalicə və diaqnostika Mərkəzinə aparmışdır. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyini və onunla barışdığını bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 10:30 radələrində Gəncə şəhəri, Atatürk prospekti ilə yolun sağ hissəsindən soluna doğru ADAU istiqamətində piyada yolu keçən zaman yolun hərəkət hissəsi ilə avtomobil yaxınlaşdığı üçün iti addımlarla yolu keçmək istəmiş, lakin ADAU-nun arxa qapısı istiqamətində yolun sağ hissəsində dayanmış qara rəngli cip avtomobili gözləmədiyi halda hərəkət etməyə başlamışdır. O, özünü saxlaya bilməmiş və həmin avtomobilin sağ arxa qapısı hissəsinə dəyərək yerə yıxılmışdır. Həmin zaman avtomobilin sahibi onu xəstəxanaya aparmışdır. Hazırda Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X9 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 842 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol bazu nahiyyəsinin yarası, sağ dirsək. sol diz oynağı nahiyyələrinin sıyrıqları, sol bayır topuq oynağı nahiyyəsinin qançırı- bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını və vurulmuş zərəri könüllü ödəyərək zərər çəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi kimi nəzərə alır (İXM 32.1.1 və 32.1.7). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. İXM-in 327.8-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-623/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-623/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver