Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-625/2022 23.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 05 avqust 2022-ci il tarixdə gecə saatlarından 06 avqust 2022-ci saat 17 radələrinədək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən “Conversation Club”un binasından 40 manat dəyərində olan yazı lövhəsini və 50 manat dəyərində olan qaz sobasının başlığını oğurlamışdır. Bundan başqa Şəxs 20 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək ünvan 3 ünvanında yaşayan vətəndaş X9 məxsus, yaşadığı evin qarşısında saxladığı VAZ-2107 markalı **-CA-*** d.q.n.n-lı avtomobildən ümimu dəyəri 100 manatola akkumlyator, maqnitafon və 2 ədəd səsgücləndirici qurğusunu oğurlamışdır. Bundan başqa Şəxs 20 avqust 2022-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, Avtozavod qəsəbəsi yeni məhəllələrdə yaşayan vətəndaş X6 məxsus Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən yaşayış olmayan yarımtikili evdən ümumi dəyəri 200 manat olan mis elektrik kabelini oğurlamışdır. Bundan başqa Şəxs 12 avqust 2022-ci il tarixdə saat 12 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan vətəndaş X2 məxsus dəyəri 250 manat olan “Redmi Note 8” markalı mobil telefonu Gəncə şəhəri, Nizami küçəsində yerləşən Göygöl təhsil mərkəzinin Gəncə filialının zirzəmisindən oğulamışdır. Bundan başqa Şəxs 22 iyul 2022-ci il tarixdə gecə saatlarından 10 avqust 2022-ci il saat 18 radələrinədək olan müddət ərzində ünvan 4 ünvanında yaşayan vətəndaş X3 məxsus 80 manat dəyərində velosipedi yaşadığı evdən oğurlamışdır. Bundan başqa Şəxs 28 iyul 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək müddət ərzində ünvan 5 ünvanında yaşayan vətəndaş X7 məxsus Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Elmlər küçəsində yerləşən fərdi yaşayış evindən 1 ədəd 80 manat dəyərində olan preparatoru oğurlamışdır. Bundan başqa Şəxs 20 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək olan müddət ərzində Gəncə şəhəri, ünvan 7 ünvanında yaşayan vətəndaş X1 məxsus 40 manat dəyərində elektrik naqilləri və 35 manat dəyərində hamam aksessuarını oğulamışdır. Bundan başqa Şəxs 31 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək ünvan 8 ünvanında yaşayan vətəndaş X4 məxsus 90 manat dəyərində su matorunu Gəncə şəhəri Şəddadilə küçəsi, ev 154 ünavanından oğurlamışdır. Bundan başqa Şəxs 20 avqust 2022-ci il tarixdən 21 avqust 2021-ci il tarixə keçən gecə ünvan 9 ünvanında yaşayan vətəndaş X8 məxsus Gəncə şəhəri, H.Əliyev prospekti 151 ünvanında yerləşən “Dad dönər” ticarət obyektindən 90 manat pul və 5 manat dəyərində “Nokia” markalı telefonu oğurlamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X10 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, əməlindən peşman olmasını bildirdi. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs barəsində tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli MN № 1437768, MN № ******* və MN № ******* saylı; 22 sentyabr 2022-ci il tarixli MN № 1437826, MN № 1437828, MN № 1437829, MN № 1437824, MN № ******* və MN № ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilmiş xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. . İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 24 iyun 2022-ci il tarixli, 16 avqust 2022-ci il tarixli, 19 avqust 2022-ci il tarixli, 22 avqust 2022-ci il tarixli, 25 avqust 2022-ci il tarixli, 30 avqust 2022-ci il tarixli, 31 avqust 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin xüsusi hissəsinə nəzərədə tutulan əməllərə görə inzibati məsuliyyət o hallarda yaranır ki, o əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə hərəkətindən peşman olduğunu bildirmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs eyni inzibati xətanı il ərzində təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal (33.1.2) hesab edir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İş materiallarının araşdırılması zamanı müəyyən edimişdir ki, materiallara əlavə edilmiş 22 sentyabr 2022-ci il tarixli MN №1437823 və MN №1437826 saylı protokollarda göstərilmiş əməlin törədilməsi nəticəsində vurulmuş zərərin məbləği müvafiq olaraq 250 manat və 200 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci və 3-cü bəndlərinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 aprel 2018-ci il tarixli Plenum Qərarına əsasən oğurluğun təkrar, yəni iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə 100 manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Bu baxımdan, məhkəmə hesab edir ki, iş matriallarında olan 22 sentyabr 2022-ci il tarixli MN №1437823 və MN №1437826 saylı protokollarda göstərilmiş əməllərdə cinayət əlamətləri aşkar edildiyindən həmin protokollar onlara hüquqi qiymət verilməsi üçün Gəncə Şəhər Prokurorluğuna göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə görə inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mulki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 03 (üç) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 23 sentyabr 2022-ci il tarixdən, saat 18:00-dan hesablansın. İş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli MN №1437823 və 22 sentyabr 2022-ci il tarixli MN №1437826 saylı inzibati xəta haqqında protokollarda göstərilmiş inzibati xətalarda cinayət əlamətləri aşkar edildiyindən həmin protokollar onlara hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən Gəncə Şəhər Prokurorluğuna göndərilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədlik edən: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-625/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-625/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver