Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-629/2023 28.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlu, X1 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətini nəzərdən keçirərək, müəyyən etdim: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində xx.xx.2023 cü il, saat 21:40 radələrində Gəncə şəhəri “Gəncə MOLL” un qarşısında piyada hərəkətdə olduğu zaman ona iki nəfər polis serjantı yaxınlaşmş və ətrafı zibillədiyini əsas gətirərək onu Nizami Rayon Polis İdarəsinə aparmışdırlar. Orada isə barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1 maddəsinə əsasən MN1615041 nömrəli protokol tərtib edilmişdir. (Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkməyə görə). O protokolu imzalamaqdan imtina etdikdə isə səhərə qədər idarədə saxlayacaqlarını bildirmişlər və məcbur edərək protokolu imzalatmışlar. Heç bir zaman siqaret istifadə etməmiş və şəhəri də zibilləməmişdir. Tərtib edilmiş protokolun heç bir əsası yoxdur və lazım gələrsə tütün istifadə edmədiyinə dair analiz də verməyə hazırdır. Şəhəri zibillədiyini əsas gətirən polis nəfəri isə İXM-nin 53.2-ci maddəsinə əsasən onun təqsirini sübuta yetirməlidir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 212.1. Bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə - otuz manat məbləğində cərimə edilir. İş materiallarını və şikayəti tədqiq edərək, məhkəmə hesab edir ki, şikayət üzrə materiallar natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə qeyd edir ki, qanunvericilikdə məhkəməyə şikayət inzibati tənbeh tətbiq edən orqanını protokolundan deyil qərarından verilməsi nəzərdə tutulmuşdur. İş materialları tərəfimdən nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət vermiş şəxs iş materiallarına inzibati tənbeh vermə haqqında qərarın surətini əlavə etməmişdir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: X1 barəsində tərtib edilmiş MN1615041 nömrəli protokola xitam verilməsinə dair verdiyi şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-629/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-629/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver