Məhkəmə qərarları › İş №3(125)-631/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-631/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-631/2023 12.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin nümayəndələri X12 və X8, şikayətçi X10 müdafiəçisi (nümayəndəsi) – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X16 iştirakı ilə, Azərbaycan Respublikası Qida X3-Daşkəsən regional bölməsinin rəisi X17 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X18 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə olunması barədə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam veilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X10 etibarnamə üzrə nümayəndəsi və vəkili X20 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida X6 regional bölməsinin MN ******* nömrəli 26 dekabr 2022-ci il tarixli İnzibati xəta haqqında iş üzrə Qərarı ilə qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü madəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat məbləğində tənbeh növü tətbiq edilmişdir. Həmin qərardan məhkəməyə şikayət vermiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-87/2023 nömrəli qərarı ilə barəsində Azərbaycan Respublikası Qida X3 regional bölməsinin rəisi X17 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida X3 regional bölməsinə göndərilmişdir. Məhkəmənin qərarına görə törədilmiş inzibati xəta üzrə əməl vəzifəli şəxs tərəfindən düzgün tövsif edilməmişdir. Çünki qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan malları mağazada satan sahibkar deyil, həmin malları ölkəyə gətirən fiziki və ya hüquqi şəxs sertifikatlaşdırmalıdır. Bundan başqa hazırkı iş üzrə törədilmiş əməl qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satışı deyil, dövlət qeydiyyatından keçməmiş aqrokimyəvi maddələrin satışıdır ki, bu əməl də İXM-nin 288.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyəti yaradır. Həmçinin, məhkəmə iclasında Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin nümayəndəsi X2 Alirzayevanın ifadəsindəki xüsusatları təsdiq edərək əlavə olaraq bildirmişdir ki, o, şikayətlə qismən razıdır. Belə ki, Eldar Əliyevin törətdiyi inzibati xəta İXM-nin 447.0.4-ci madəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli İXM-nin 288.0.5-ci maddəsi ilə tövsif edilməli idi. Buna baxmayaraq Azərbaycan Respublikası Qida X6 regional bölməsinin MN ******* nömrəli 16 mart 2023-cü il tarixli İnzibati xəta haqqında iş üzrə Qərarı ilə yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü madəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat məbləğində tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Qida X6 regional bölməsinin MN ******* nömrəli 16 mart 2023-cü il tarixli İnzibati xəta haqqında iş üzrə Qərarından narazıdır və hesab edir ki, qərar qanunsuz olmaqla qərarda məhkəmə tərəfindən müəyyən edilmiş pozuntuları vəzifəli şəxs göz yumaraq təkrar eyni pozuntuları törətmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi inzibati xəta hesab olunur. Lakin törədilmiş inzibati xəta üzrə əməl vəzifəli şəxs tərəfindən düzgün tövsif edilməmişdir. Çünki qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan malları mağazada satan sahibkar deyil, həmin malları ölkəyə gətirən fiziki və ya hüquqi şəxs sertifikatlaşdırmalıdır. Bundan başqa hazırkı iş üzrə törədilmiş əməl qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satışı deyil, dövlət qeydiyyatından keçməmiş aqrokimyəvi maddələrin satışıdır ki, bu əməl də İXM-nin 288.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyəti yaradır. Bundan başqa, Mağazada aşkarlanan 2 ədəd "Fully Combi" adlı toz şəkildə 01 kq qablaşdırmada yerləşən preparatları o, şəxsən özünə, şəxsi bağı üçün bazara gələn şəxslərdən almışdır. Həmin preparatlar mağazada satılması üçün nəzərdə tutulmamışdır. Yaşadığı evin həyətində bağ sahəsi vardır, həmin bağda müxtəlif bitkilər yetişdirir və həmin dərmanları bağı üçün almışdır. Beləliklə, onun tərəfindən inzibati xətanın törədilməsində inzibati xəta haqqında qərarda təqsiri sübuta yetmir, onun təqsirli olması barəsində şübhələr var. Bundan başqa, İXM 447.0.4-cü maddəsinin sanksiyasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilirlər. Lakin o, bu halda vəzifəli şəxs hesab edilmir. Belə ki, İXM Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati- sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. O, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə xx.xx.2021-ci il tarixədək məşğul olmuş, hazırda onun vergi orqanlarında sahibkar kimi qeydiyyatı yaşa görə dayandırılmışdır. Gəncə şəhəri, Avşarov küçəsində “Kəpəz Kolxoz bazarı” adlanan yerdə toxum və dərman preparatları satışı mağazası əvvəllər sonuncuya aid olmuş, yaşı ilə əlaqədar həmin dükanı Vüsal adlı şəxsə təhvil vermiş və sahibkar kimi həmin mağaza Vüsalın adına qeydə alınmışdır. Hazırda o, yaşa görə müavinət alır, yaşa görə müavinətlər isə “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə verilir. Əgər o, sahibkarlıq fəaliyyəti ilə məşğul olsaydı, ona yaşa görə müavinət təyin olunmazdı. Bundan aydın görünür ki, o, inzibati xəta ilə vəzifəli şəxs sayılmır, əlavə olaraq o, İ Qarabağ müharibəsi iştirakçıdır və müharibə veteranı kimi 80 manat prezident təqaüdü alır. Odur ki, Azərbaycan Respublikası Qida X3 regional bölməsinin rəisi X11 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin nümayəndəsi X12 bildirmişdir ki, X10 obyektinə mütəmadi olaraq monitorinqi o, keçirmişdir. Onların sistemində həmin obyektin sahibi kimi X18 qeyd edilmiş, həmçinin mağazada monitinq aparılaraq nümunələr götürülüb akt tərtib edilərkən X18 şəxsən iştirak etmiş, özünü mağazanın sahibi kimi təqdim edərək aktı imzalamışdır. Bundan başqa inzibati araşdırma aparılarkən X10 izahatı alınmış və qərar qəbul olunması barədə ona məlumat verilmişdir. Vüsal Bayramov mağazada satıcı kimi fəaliyyət göstərmişdir. Həmçinin onların mağazanın kassa aparatına baxaraq sahibinin kim olduğunu dəqiqləşdirmək, X10 fəaliyyətinin dayandırıldığını müəyyən etmək imkanları olmamışdır. Mağazada aşkar olunmuş 2 ədəd “Fully Combi” adlı aqrokimyəvi maddə kənarda olmamış, satış üçün nəzərdə tutulmuş vitrində qoyulmuşdur. Odur ki, X10 barəsində inzibati protokol tərtib edilərək qərar qəbul olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin nümayəndəsi X1 Aytən Namiq qızının ifadəsindəki xüsusatları təsdiq edərək əlavə olaraq bildirmişdir ki, o, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, o cümlədən X18 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmişdir. Belə olan halda isə o, sahibkar kimi fəaliyyətini rəsmi olaraq dayandırmasına baxmayaraq yenə də vəzifəli şəxs hesab edilir. Ona görə də X18 barəsində qəbul edilmiş 16 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar tam qanunidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 16 mart 2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X18 qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və o, 1500 (min beş yüz) manat inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı məktubdan görünür ki, Türkiyə Respublikasının “Kimya Tarımçılar” şirkətinin istehsalı olan “Fully Combi” pereparatının dövlət qeydiyyatına alınmadığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X5 məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarışdan görünür ki, X18 20-Q-00076 nömrəsi ilə xx.xx.2020-ci ildə qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt qida təhlükəsizliyi qeydiyyatına alınmışdır. İş materiallarında olan fiziki şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışdan görünür ki, X10 vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatdığı üçün dayandırılmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X18 barəsində Azərbaycan Respublikası İXMnin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan toxum mağazasının qəbzindən görünür ki, həmin obyektin sahibkarı X4r (VÖEN:**********). İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 3(125)-87/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X10 şikayətinin qismən təmin edilməsi, X18 barəsində Azərbaycan Respublikası Qida X3 regional bölməsinin rəisi X17 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida X3 regional bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinə görə qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin mənasından aydın olur ki, inzibati xətanın törədilməsi istehlakçıların hüquqlarının pozulması ilə bağlıdır. O cümlədən işin faktiki hallarından müəyyən olunur ki, mağazada aşkar olunmuş 2 ədəd “Fully Combi” adlı aqrokimyəvi maddə məhz satış üçün nəzərdə tutulmuş vitrində qoyulmuşdur. Belə olan halda məhkəmə qanunvericiliyin müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, X10 törətdiyi inzibati xəta İXM-nin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2021-ci il tarixdən pensiya yaşına çatdığı üçün dayandırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən inzibati xətanın törədilməsi və inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman X18 vəzifəli şəxs olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında verilmiş izahatlardan və iş materiallarında olan sənədlərdən aydın şəkildə görünür ki, yuxarıda qeyd edilən hal səlahiyyətli orqan tərəfindən araşdırılmamış və vəzifəli şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda isə qanunvericiliyin tələblərinə və qeyd edilən səbəblərə görə verilmiş şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida X3-Daşkəsən regional bölməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, X10 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida X3-Daşkəsən regional bölməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Qida X3 regional bölməsinin rəisi X17 tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə X18 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Qida X3-Daşkəsən regional bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar