Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-634/2023 17.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü polis bölməsində tərtib olunmuş inzibati material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs çirkab suları vətəndaş X7 həyətinə axıtmış, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, şikayətçi X21 onun bibisidir. O, anasına məxsus Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 270-də ailəsi ilə birgə yaşayır. O, anası Firəngiz Əliyevanın tələbi ilə öz həyətlərində pəncərənin altında əl-üz yuyan suyun axıdılması üçün quyu qazdırmışdır. Onun bibisi qazılmış quyudan xəbər tutanda səs-küy salıb polis çağırmış və polis gəlib onu bğlməyə aparmışdır. Onu polis bölməsində bir sutka saxlamışlar ki, guya o, özbaşına ev tikmişdir. Halbu ki, həmin evi onun atası tikdirmiş və o, həmin evdə doğulub böyümüşdür. Onların həyətyanı sahəsinə heç bir subyektiv hüququ olmayan bibisi Nailə Talıbovanın əsassız şikayəti əsasında onun barəsində AR İXM-nin 262.2.3-cü maddəsinə əsasən protokol tərtib edilmişdir. O, məhkəməyə yaşadıqları fərdi yaşayış evinin texniki pasportunu təqdim edərək qeyd etmişdir ki, təqdim olunan cizgi planındakı “B” tikilisi onların evidir, ştirixlənməyən sahədə həyatyanı sahədir. Quyu da öz evlərinin pəncərəsinin qarşısında öz torpaqlarında qazılmışdır. Sonda o, barəsində olan inzibati xəta haqqında materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş - xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmişdir. - RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 270 xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüsuq sahibləri X18 payı 3/108, X13 6/108 (Tik. C tikililərin ½) qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il. X14 6/108 (Tik A, C, tikililərin ½), X4 18/108, X2 18/108, X5 18/108, X19 18/108, X3 2/108 (Tik B-də 29 kv.m yaşayış sahəsinin 1/3), X6 2/108 (Tik B-də 29.0 kv.m yaşayış sahəsinin 1/3), X8 2/108 (Tik B-də 29 kv.m yaşayış sahəsinin 1/3), X15 3/108, X9 3/108, X10 3/108, X113/108, X16 3/108. Məhkəmə inzibati xəta haqqında protokolu müdafiə edən şəxsi dinləyib, tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eləcə də həmin Məcəllənin 262.2.3–cü maddəsin əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Lakin məhkəməyə təqdim edilmiş texniki pasportdan, Çıxarışdan və fotoşəkildən Şəxs tərəfindən axıdılan suyun öz həyətinə axıdıldığı müəyyən olunmuşdur. Halbuki İXMin 262.2.3-cü maddəsinin dispozisiyasında tullantı suyunun çöllərə və küçələrə təyinatsız axıdılması inzibati xəta tərkibi yaradır. Göründüyü kimi Şəxs öz həyətinə çirkab suyunu axıtmaqla inzibati xəta törətməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48–50, 53, 106, 112, 114, 117 və 128–131–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-634/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-634/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver