Məhkəmə qərarları › İş №3(125)-635/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-635/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-635/2023 29.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib icra məmuru X8 bildirdi ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-3762/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 2 uşağın yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay 200 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-418/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 2 uşağın yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay 140 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-1318/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 2 uşağın yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay 240 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə şəhər Məhkəməsinin 2(125)-2259/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 320 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədləri müvafiq olaraq xx.xx.2015-ci, xx.xx.2017-ci, xx.xx.2018-ci və xx.xx.2023-cü il tarixlərdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Bundan sonra idarəyə çağırılmış və aliment borcunu ödəməsi tələb edilmişdir. Lakin borclu icraat dövründə tam şəkildə aliment ödənişi etməmiş və bugünkü tarixdə borclunun 9510 manat qalıq aliment borcu yaranmışdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, o, zərərçəkmiş şəxslə öz aralarında hər ay 200 manat ödəmək barədə razılığa gəlmiş və 2023-cü ilin yanvar ayında 200 manat, fevral ayında 180 manat ödəniş etmişdir. Lakin sonradan zərərçəkmiş şəxs fikirini dəyişdiyi üçün o, bu ay ödəniş etməmişdir. Əvvəllərki illərdə də o, maddi imkanı olduqca ödənişlər etmiş, işləmədiyi üçün ödəniş edə bilməmiş. Borcu yaranmışdır. 2012-ci il tarixdən 2016-cı il tarixədək o, həbsdə olmuş, ona görə də həmin dövrə borcu yaranmışdır. O, hər ay bu gündən sonra stabil olaraq 200 manat ödəniş etməyə imkanı çatır. Sonda o, himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alıb barəsində cərimə tənbehi verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs vaxtında aliment borcunu ödəmir, il ərzində 1-2 ay ödəyir, sonra aylarla ödəniş etmir. İcra məmuru çağırdıqdan sonra tutulmamaq üçün yenidən 1-2 ay ödəniş edir, sonra yenə ödəmir. Sonda o, Şəxs borcunu tam şəkildə ödəməsini tələb etmiş, əks təqdirdə onun barəsində ən ağır cəzanın verilməsini xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3762/15 xx.xx.2015-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-418/2017 saylı, xx.xx.2017-ci il tarixli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1318/2018 saylı, xx.xx.2018-ci il tarixli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-2259/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərni icra etmədiyi üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsidə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-2259/2022 nömrəli icra vərəqindən görünür ki, İddia qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1318/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirimi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - 05 oktyabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-418/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 icraatına daxil olmuşdur. - “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Borclunun xx.xx.2022-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, işsiz olduğunu borcunu ödəyə bilməmiş, qısa müddətdə borcunu ödəyəcəyinə dair söz vermişdir. - 27 oktyabr 2015-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3762/15 xx.xx.2015-ci il tarixli icra sənədi Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən icraata qəbul edilmişdir. - 24 yanvar 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2259/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsinin məktubundan görünür ki, X4 və Şəxs adlarına 3 saylı Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Beynəlxal Bankı ASC-nin məktubundan görünür ki, X4 və Şəxs adına bankda heç bir hesab mövcud deyil. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(125)-573/2022 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 gün müddətinə inzibati həbs edilmişdir. - xx.xx.2023-cü il tarixli bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3762/15 saylı xx.xx.2015- ci il tarixli icra sənədi və xx.xx.2017-ci il tarixdə icraatıma daxil olmuş Gəncə Apellasiya Məhkəməsinin 2(104)-418/17 saylı xx.xx.2017-ci il tarixli sənədi,Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1318/18 saylı xx.xx.2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi və Gəncə şəhər Məhkəməsinin 2(125)-2259/2022 saylı xx.xx.2022-tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatları, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, aylıq borcun çox hissəsini ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. O, sadəcə işləmədiyini bəhanə edərək və arada bir cüzi ödəniş etməklə üzrsüz səbəbdən icra sənədindəki tələbin icrasından yayınaraq icra etmir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə himayəsində 1 azyaşlı uşağının olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar