Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-636/2023 29.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinin polis mayoru X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri, Çağdaş təhsil mətbu orqanının rəhbəri vəzifəsində işləyən, Tərtər şəhəri, Nizami küçəsi, ev 40, mənzil 26-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X7 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 11:41-də sürücü Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21144” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin X7 Şöbəsinin polis mayoru X3 protokolu müdafiə edərək bildirdi ki, xx.xx.2023cü il tarixdə saat 11:41-də sürücü Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21144” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsinin törədilməsində iştirak etmiş və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulmuşdur. Bununla bağlı isə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 11:41-də nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21144” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsinin törədilməsində iştirak etmiş və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulmuşdur. xx.xx.2023-cü il tarixdə özü tək idarə etdiyi “VAZ 2114” minik markalı **-SA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Nizami prospekti ilə “Xəmsə Park” istiqamətində hərəkət edərəkən Gəncə çayının üzərində olan körpünün üstündə yolun hərəkət hissəsində avtomobillər sıxlıq yaratdığından, o, idarə etdiyi avtomobillə yolun hərəkət hissəsi ilə düzünə “Xəmsə Park” istiqamətində hərəkət edərək yolun hərəkət hissəsinin sağ tərəfindən sola dönmə əməliyyatı edərkən yolun hərəkət hissəsinin sağ tərəfinə baxıb, avtomobillər hərəkət etməməsini görüb sola geriyə dönmə əməliyyatı edərkən, Gəncə şəhəri, Nizami prospekti ilə “Xəmsə Park” istiqamətində yolun əks istiqamətinə çıxaraq hərəkətdə olan “Mersedes Benz G500” minik markalı **- HH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşdu. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobilə ziyan dəyib və Şəxs xəsarət aldığı üçün Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya müraciət etmişdir. Hadisənin baş verməsinə səbəb, “Mersedes Benz G500” minik markalı **-HH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün idarə etdiyi avtomobil ilə yolun hərəkət hissəsinin əks tərəfi ilə hərəkət edərək Şəxs idarə etdiyi avtomobil ilə yolun hərəkət hissəsinin sağ tərəfindən sola dönmə əməliyyatı etməsi olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasinda iştirak edən zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək, bildirdi ki, o, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barışmış və ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş “Gəncə avtomotoservis və ticarət” müəssisəsindən verilmiş 21 yanvar 2023-cü il tarixli qüsur aktından görünür ki, “Mercedes G500” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəza nəticəsində dəymiş zərərin miqdarı 4210 (dörd min iki yüz on) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs sidiyində THC aşkar edilməmiş və o, ayıqdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsi faktı üzrə sürücü X2 və Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsi ilə rədd edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin birinci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs AzərbaycanRespublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında X4 xx.xx.2023-cü il tarixdə ayıq vəziyyətdə, sürücülük vəsiqəsi olmaqla, etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” minik markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Nizami prospektində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 7-ci hissəsinin 1ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılıması” yol nişanının) tələblərinə pozaraq, Şəxs ayıq vəziyyətdə, sürücülük və idarəetmə hüququ olmadan idarə edib VAZ 2114 minik markalı avtomobili idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozması nəticəsində hər iki nəqliyyat vasitələri toqquşmuş, lakin heç bir şəxsin xəsarət almamasına səbəb olan yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə “Mercedes Benz” minik markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi zərər yetirildiyi öz təsdiqini tapmışdır. Hadisə zamanı Şəxs sürücülük vəsiqəsi olmadığından o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmamışdır. Buna görə də onun əməli düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərər çəkmiş şəxslə barışıq əldə edilməsini və dəymiş zərərin ödənilməsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-636/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-636/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver