Məhkəmə qərarları › İş №3(125)-638/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-638/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-638/2025 19.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhər prokurorluğunun nümayəndəsi X2 Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri X6 “inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi” haqqında 23 dekabr 2024-cü il tarixli qərarından X3 verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri X6 “inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılması üçün Gəncə şəhər Prokurorluğuna göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. O, şikayət ərizəsində qeyd etmişdir ki, ərizə ilə Gəncə şəhər Prokurorluğuna müraciət edərək mərhum atası X1 ölümü haqqında qeydiyyatın vaxtında və düzgün aparılmaması ilə bağlı tibb müəssisəsi barəsində tədbir görülməsini xahiş etmiş, Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri X13 tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardad qəbul edilmişdir. Qərardadda inzibati xəta haqqında işin başlanmasının rədd edilməsinə səbəb kimi 04 ay müddətin keçməsi olması qeyd edilmişdir. Halbuki, atası İsmayıl Hüseynov vəfat etdikdən sonra sonucunun vəfatı ilə əlaqədar Gəncə şəhər Prokurorluğunda fakta görə iş açıldıqdan sonra o, həm prokurorluğa, həm də aidiyyəti qurumlara şifahi və yazılı müaraciətləri olmuşdur. Əgər məhkəmə tərəfindən həmin orqanlara sorğu göndərilərsə bu fakt öz təsdiqini tapacaqdır. Bundan başqa qeyd edir ki, mərhum atası X1 ölümü haqqında qeydiyyatının vaxtında və düzgün aparılmaması ilə bağlı tibb müəssisəsi barəsində tədbir görülməsi əsasları Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri X13 tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilmişdir. Belə olan təqdirdə hesab edir ki, ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri X10 üzrə inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surəti ona rəsmi qaydada göndərilməmiş, bu yaxınlarda məlumatı olduqdan prokurorluğun əməkdaşına xahiş etdikdən sonra qərarın surəti elektron poçt ünvanına göndərilmişdir. Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri X10 üzrə inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin yenidən baxılması üçün Gəncə şəhər Prokurorluğuna göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Gəncə şəhər prokurorluğunun nümayəndəsi X8 qanuna əsasən inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bildiyini və hadisədən 4 aydan çox müddət keçdiyini, buna görə də prokurorluq orqanı tərəfindən inzibati xəta haqında işin başlanmasının rədd edilməsi haqqında qərardad qəbul edildiyini qeyd edərək həmin qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq şikayətçi X7 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə R.İ.Hüseynovun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardaddan görünür ki, vəzifəli şəxs X4 (FİN: 1MQWSRC) - barəsində Azərbaycan Respunlikası İXM-nin 562-1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması rədd edilmişdir. - Gəncə şəhər prokurorluğunun vəzifəli şəxs X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 562-1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat zamanı izahatı alınmış X5 bildirmişdir ki, təxminən 12 ildir ki, X14 tibb qeydiyyatçısı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə ölümün qeydiyyatını aparması üçün ona verilən məlumat sənədlərində xəstənin minik avtomobilinin toqquşması nəticəsində vəfat etməsi və işləməsi ilə bağlı olan kod qeyd olunduğunu, buna uyğun olaraq, həmin məlumatları sistemə daxil etdiyini və Səhiyyə Nazirliyinə ötürdüyünü, lakin sonra İsmayıl Hüseynovun işlədiyi və iş yerinə xəsarət alması ilə əlaqədar müalicə olunduğu, həkimin həmin məlumatları ona XBT kodları vasitəsilə verdiyini və o, kodla sistemə məlumatı daxil edildiyini, kodu sistemə əlavə etdikdə avtomatik olaraq koda uyğun olan məlumat tam göründüyünü, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə ölüm haqqında məlumatlar ona yanlış verildiyi üçün təkrar sistemə işləndiyini və vəfat etmiş şəxsin yaxınlarına düzgün şəhadətnamə təqdim edildiyini, adətən kodları reanimasiya şöbəsinin həkimi yazdığını və şöbə müdiri Səbinə xanımın təsdiqlədiyini bildirmişdir. -Materialla bağlı izahatı alınmış X9 izahatında 2018-ci il tarixdən X14 reanimatoloq vəzifəsində işlədiyini, vəzifəsinin reanimasiya şöbəsində ağır xəstələrə tibbi xidmət göstərməkdən, şöbədə baş verəm ölüm haqqında məlumatı Səhiyyə Nazirliyinə göndərməsi üçün qeydiyyatçıya ötürməkdən ibarət olduğunu, X1 2023-cü ilin noyabr ayının sonlarında X19 Xəstəxanasında Reanimasiya şöbəsində müalicə aldığını, həmin şəxsin yıxılma ilə əlaqədar xəstəxanaya gətirildiyini, xx.xx.2023-cü il tarixdə saat 10:15-də vəfat etdiyini, reanimasiya şöbəsində ölüm halı baş verdikdə ölən şəxsin XBT kodlarını Səhiyyə Nazirliyinə ötürülməsi üçün ya onun ya da Səbinə Qasımovanın yazdığını bildirmişdir. Məhkəmə, prokurorluğun nümayəndəsini dinləyərək, şikayət vermiş şəxsin şikayət ərizəsində göstərmiş olduğu dəlillərini və iş materialını araşdıraraq hesab edir ki, Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri X6 “inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi” haqqında 23 dekabr 2024-cü il tarixli qərarı qanuni hesab edilməli, həmin qərardan verilmiş şikayət təmin edilməməlidir. Məhkəməyə təqdim olunmuş X3 şikayəti əsasında aparılan 24-1-2-2-415-1630 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair toplanmış material tədqiq edilərkən müəyyən olundu ki, Rahic Hüseynovun şikayət ərizəsi əsasında başlanmış araşdırma zamanı bütün zəruri prosessual hərəkətlər icra olunmuş, hadisənin iştirakçısı olmuş şəxslərin izahatları alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. X7 şikayətində Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri X6 “inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, həmin qərar qanuni və əsaslıdır, ləğv olunması üçün heç bir əsas müəyyən edilməmişdir. Belə ki, inzibati xəta ölüm hadisəsinin baş verdiyi gün, yəni şikayətçinin atası X1 öldüyü gün - xx.xx.2023-cü il tarixdə törədilmiş, həmin gündən 04 ay müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 562-1.1-ci maddəsi ilə tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)(Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən, həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri X6 “inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi” haqqında 23 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 449-454-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri X6 “inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi” haqqında 23 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar