Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-639/2025 07.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X4 Təhlükəsizlik Bölməsinin polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1993-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir uşaq olan, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cü maddələri, Gəncə şəhər DYPŞdən 333-1.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində «VAZ 2107» markalı nəqliyyat vasitəsini idarə edərəkən YPX-nın əməkdaşları tərəfindən qayda pozuntusu etdiyi üçün saxlanılmış, ondan sənədlərinin verilməsini tələb edən və törətdiyi inzibati xətanı ona izah edən polis əməkdaşlarına ucadan səs-küy salıb, nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və polis əməkdaşlarının ictimai qaydaya əməl etmək barədə tələblərinə məhəl qoymamış, daha sonra aparılmış narkoloji müayinə zamanı onun MET (metafetamin), THC (marixuana), TML (tramadol) və PGB (preqabolin) aşkar edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 333-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 göstərdi ki, «VAZ 2107» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü xx.xx.2025-ci il tarixdə polisin «saxla» əmrinə tabe olmayaraq saxta dövlət qeydiyyat nişanı ilə avtoxuliqanlıq hərəkətləri edərək başqa nəqliyyat vasitəsini vuraraq qaçmışdır. xx.xx.2025-ci il tarixdə Gəncə şəhər DYPŞ əməkdaşları xidmətdə olan zaman həmin avtomobilin Gəncə şəhəri Heydər Əliyev prospektində dayandığını görmüşlər, sənədlərini yoxlayan zaman həmin avtomobilin üzərində həbs olduğunu müəyyən etmişdirlər. Daha sonra Şəxs yaxınlaşaraq törədiyi əməli ona izah edən zaman sonuncu tabesizlik göstərmişdir. Nəqliyyat vasitəsini duracağa yerləşdirdikdən sonra sürücünün hərəkətlərinndən şübhələndiklərinə görə onun narkoloji dispanserə aparmışlar, dispanserdə X2 analizin nəticəsicəsindən narkotik vasitə olan MET (metafetamin), THC (marixuana), TML (tramadol) və PGB (preqabolin) aşkar olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus «VAZ 2107» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri 1 saylı poliklinikada olan zaman DYP-nin əməkdaşları onu dəvət edərək, avtomobilin həbsi olduğuna görə cərimə meydançasına getməli olduqlarını bildirmişlər. Onlara etiraz etməmiş, avtomobilini aparıb DYP-nin cərimə meydançasına yerləşdirilmiş və orada akta imza atmışdır. Daha sonra polis əməkdaşları onu narkoloji dispanserə aparmış, orada analiz vermişdir. Heç vaxt metamfetamin qəbul və istifadə etməmişdir. Digər iki dərmanı isə ağrı kəsici olaraq istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və döyüşlərdə psixoloji travma almışdır. Buna görə də həmin təyinatı əsasında tramadol həblərindən istifadə edir. Bundan başqa himayəsində bir azyaşlı övladı var və ailəyə yeganə qazanc gətirən şəxs odur. Sonda S.N.Zeynbalov əməlindən peşman olduğunu bildirdiki və barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Nizami oğlunun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 333-1.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nizami oğlu barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməsə də, ilkin araşdırma zamanı özünün verdiyi izahat və işin digər materialları ilə Şəxs Nizami oğlunun Azərbaycan Respublikası İXM-nin 206, 510 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi müəyyən olunmuşdur. Şəxs məcburi narkoloji-tibbi yoxlama və sərxoşluq vəziyyətinin tibbi yoxlaması zamanı narkotik vasitələrin aşkar olunmasını həkim təyinatı əsasında psixotrop maddələrdən istifadə ilə əlaqələndirsə də, Şəxs yalnız psixotrop maddələrdən deyil, həmçinin narkotik vasitə marixuanadan istifadə etmiş və həmin hal istər sərxoşluq vəziyyətinin tibbi yoxlanılması barədə 592/2025 nömrəli akt, istərsə də xx.xx.2025-ci il tarixli ambulator məcburi narkoloji-yoxlama rəyi ilə təsbit edilmişdir. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs Nizami oğlunun şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs Nizami oğlunun əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində azyaşlı uşağı olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və «kəskin dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu» diaqnozu ilə xəstəlikdən əziyyət çəkməsini onun hərəkətlərində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs Nizami oğlunun hərəkətlərində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Nizami oğlunun Azərbaycan Respublikası İXM-nin 206, 510 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edilir ki, Şəxs Nizami oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 206, 333-1.1, 510-cu maddələrinin müqayisəli tədqiqindən görünür ki, həmin Məcəllənin 206-cı maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs Nizami oğlunun şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs Nizami oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, iş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 169 nömrəli rəyindən görünür ki, Şəxs Nizami oğlu narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Həmçinin məhkəmə hesab edir ki, Şəxs Nizami oğlunun inzibati qaydada tutulduğu və azadlıq hüququ faktiki olaraq, xx.xx.2025-ci il tarixdə, saat 15:00-da məhdudlaşdırıldığına görə inzibati həbsin əvvəli həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333-1.1 və 510-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 07 fevral 2025-ci il tarixdən saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Azəbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №3(125)-639/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-639/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver