Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-641/2023 11.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Gəncə Şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, daxil olmuş materiala vurulmuş zərərin məbləğini müəyyən edən mötəbər sənəd əlavə edilməmişdir. Həmin sənədlərin təmin edilməsi məqsədilə məhkəmə iclası təxirə salınmış, lakin protokol tərtib edən şəxs tərəfindən sənəd məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında material natamamdır. Belə ki, inzibati xəta haqqında 03 fevral 2023-cü il tarixli, MN ******* saylı protokolda Şəxs tərəfindən X1 məxsus Audi markalı avtmobilinə 1500 manat dəyərində ziyan vurulduğu göstərilsə də, iş materiallarına dəymiş ziyanın miqdarına dair hər hansı bir rəy əlavə edilməmişdir. Məhkəmə vurulmuş zərərin həcmi barədə rəyin materiallara əlavə edilməsini həm də ona görə zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında tənbehin həcmi zərərin həcmi ilə birbaşa bağlıdır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-641/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-641/2023
11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver